Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşündə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasına görə məsul şəxslərin cəzalandırılacağını bildirib.

Hadisə ilə bağlı yayılan stenoqramda Hərbi Hava Qüvvələri hərbçilərinin danışığından təyyarənin kim tərəfindən vurulduğu açıq şəkildə görünür. İndi diqqətlər Çeçenistan tərəfə yönəlib — hadisənin bu ölkənin ərazisində baş verməsi Ramzan Kadırov və onun yaxın çevrəsinin məsuliyyətini gündəmə gətirib.

Referans bildirir ki, Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Ramzan Kadırovun “Rusiya Qəhrəmanı” adına layiq görülməsindən elə də uzun müddət keçməyib:

“Bununla belə, qeyd etmək lazımdır ki, Putin zərurət yarandıqda, hətta yaxın çevrəsində olan şəxsləri belə asanlıqla qurban verə bilir. Azərbaycanla münasibətlər baxımından bu məsələ, xüsusilə Qroznı hadisəsi fonunda kifayət qədər həssas xarakter daşıyır. Eyni zamanda belə bir yanaşma da mövcuddur ki, Kadırov və onun ətrafının cəzalandırılması məsələsi onun siyasi dönəminin sonuna işarə ola bilər. Hətta bəzi ehtimallara görə, Kadırovun yerinə oğlunun keçməsi də mümkündür. Bu baxımdan, Azərbaycan diqqətini birbaşa Kadırovun üzərində cəmləyərsə, öz məqsədindən aralı düşmüş olacaq. Çünki o, artıq siyasi səhnədən uzaqlaşmaq ərəfəsindədir”.


Ekspert qeyd edib ki, ümumilikdə, proseslərin nəticələrini gözləmək lazımdır:

“Neft amili burada mühüm rol oynayır, çünki enerji bazarındakı vəziyyət Rusiyanı müəyyən qərarlar verməyə məcbur edib. Bu kontekstdə Moskva-Bakı münasibətlərində baş verən dəyişikliklər Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər. Hazırkı mərhələdə gözləntilər Rusiyanın daha çox müsbət mesajlar verməsi və bu istiqamətdə real addımlar atması ilə bağlıdır ki, bunu Prezident İlham Əliyev də vurğulayıb”.

Son xəbərlər

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031