Krediti olanlara BÖYÜK MÜJDƏ - RƏSMƏN AÇIQLANDI

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan kredit təşkilatları koronavirus pandemiyasının nəticələrindən zərərçəkən müştərilərinə güzəştlərə başlayıb.

AMFA-dan verilən məlumata görə bildirir ki, güzəştlər assosiasiyanın üzvü olan bank və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən təqdim edilir. Buraya gecikdirilən kreditlərə görə cərimə faizlərinin hesablanmaması, kreditlərin restrukturizasiyası, eləcə də digər xidmətlər üzrə güzəştlər aiddir.

l“İcraçı Kredit Agentliyi” BOKT

“İcraçı Kredit Agentliyi” MMC BOKT COVID-19 pandemiyası dövründə kredit öhdəliklərində gecikmələr yaranmış müştərilərə gecikmiş kredit üzrə cərimə faizlərinin hesablanmasını dayandırıb. “Müştərilərin müraciətlərindən asılı olaraq kredit müqaviləsi üzrə ödənişlərə güzəşt müddətləri tətbiq olunmaqla, müqavilənin müddəti uzadılaraq yenidən restrukturizasiya olunub”, - deyə BOKT-dan bildirilib.
Eləcə də Azərbaycan Mərkəzi Bankının (AMB) tapşırıqlarına uyğun olaraq kredit öhdəliklərinin gecikdirilməsi halında bu il martın 1-dən sentyabrın 30-dək olan dövr üzrə əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmır, martın 1-nə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar sentyabrın 30-dək Kredit Bürosuna xüsusi qeydlə təqdim edilir. “Qarşıdan gələn müddətdə də müştərilərin müraciəti əsasında mümkün olacaq güzəştlərin edilməsi nəzərdə tutulur”, - deyə BOKT-un açıqlamasında deyilir.

“TBC Kredit” BOKT

“TBC Kredit BOKT” MMC pandemiyadan zərərçəkmiş bütün müştərilərə martın 1-dən sentyabrın 30-dək güzəşt tətbiq edib. Həmin kreditlər üzrə cərimə faizlərinin hesablanması dayandırılıb. AMFA bildirir ki, indiyədək “TBC Kredit BOKT” 51 müştərinin ümumi məbləği 538 min 113 manat olan kreditini restrukturizasiya edib.

“Kred Agro” BOKT

“Kred Agro” BOKT AMB-nin tövsiyələri nəzərə alınmaqla öz müştərilərinə sentyabrın 30-dək olan müddətdə bir sıra güzəştlərə başlayıb. AMFA-nın məlumatına əsasən, “Kred Agro” növbəti güzəştləri təqdim edir: 1) Martın 1-nə qənaətbəxş olan (30 gündən çox gecikməsi olmayan kreditlər üzrə) kreditlər üzrə gecikmə ilə edilən ödənişlər zamanı heç bir cərimə tətbiq edilmir; 2) cərimələr silinməklə, 1-3 ay müddətinə əsas borc üzrə güzəştin tətbiq edilməsi ilə restrukturizasiya; 3) cərimələr silinməklə, kreditin əsas borc üzrə məbləgindən asılı olaraq aylıq ödənişin aşağı salınması məqsədilə müddətin uzadılması ilə restrukturizasiya. Bu zaman məbləği 500 manatadək olan kreditlərin müddəti 3 ayadək, 500-3000 manat kreditlərin müddəti 6 aya kimi, məbləği 3 min manatdan çox olan kreditlərin müddəti 12 aya qədər uzadıla bilər.

“Viator Mikrokredit” BOKT

Pandemiya dövrünün başlamasından etibarən “Viator Mikrokredit” BOKT ödənişləri gecikdirən müştərilərə cərimənin hesablanmasını dayandırıb. Eyni zamanda, BOKT əməliyyatlar üzrə işçilərin əməkhaqqına gecikmələrin təsir əmsalının tətbiqini dayandırıb. İyun ayından etibarən isə “Viator Mikrokredit” BOKT biznesində problemlər yaranan müştərilərin kreditlərini restrukturizasiya etmək üçün onları təşkilata dəvət edəcək. Kənd təsərrüfatı ilə məşğul olanlara isə güzəşt dövrü təklif olunacaq.

“PAŞA Bank” ASC

Ölkənin ən böyük özəl bankı olan “PAŞA Bank” ASC, eyni zamanda, mikromaliyyə sektorunun da aktiv oyunçularındandır. Azərbaycan Mikromaliyyə Assosiasiyasından verilən məlumata görə, COVID-19 pandemiyası zamanı bizneslərə dəstək məqsədilə “PAŞA Bank” tərəfindən müştərilərə bir sıra güzəştli təkliflər təqdim olunub. Bu güzəştlərə cəriməsiz kreditlər və kartların müddətinin uzadılması daxildir. Belə ki, kredit üzrə gecikməsi olan müştərilərə cərimə faizlərinin hesablanması dayandırılıb. Eləcə də aprelin 1-dən etibarən müddəti mart və aprel aylarında bitən bütün kartların müddəti təmənnasız olaraq avtomatik 3 ay uzadılıb. Bundan başqa, bank müştərilərə xarici ölkələrə pulköçürmələri, əməkhaqqı layihəsi, POS-terminal tarifləri və bir sıra komissiyalar üzrə endirimlər təqdim edib.

“Bank of Baku” ASC

COVID-19 pandemiyası dövründə, yəni mart-aprel-may aylarında “Bank of Baku” ASC bütün mikro və KOS müştərilərini diqqətdə saxlayıb. “Bu aylar ərzində kreditləşmə dayandırılmayıb, 400-dən çox sahibkara 4 milyon manatadək kredit verilib”, - deyə bankdan bildirilib.
Həmçinin martın 1-dən indiyədək hesablanmış və ödənilmiş bütün cərimələr silinib, müştərilərə güzəşt müddətləri verilib. Kreditlərin restrukturizasiyası müştərilərin istəklərinə uyğun olaraq hazırda da davam etdirilir. Hazırda kreditləşmə sahibkarlığın bütün sahələrini əhatə edir.

“İdeal Kredit” BOKT

BOKT “İdeal Kredit” MMC martın 1-dən etibarən öz müştərilərinə dəstək olmaq məqsədilə bir çox güzəştlər tətbiq etməkdədir. Belə ki, AMB İdarə Heyətinin 2020-ci il 23 aprel tarixli qərarı ilə əlaqədar martın 1-nə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların sentyabrın 30-dək Azərbaycan Kredit Bürosuna xüsusi qeydlə təqdim olunması tətbiq edilib. Həmçinin martın 1-dən etibarən pandemiyanın iqtisadi fəallığa təsirlərini nəzərə alaraq kredit borcunu gecikdirən borcalanların cərimə borcları silinib və bağışlanıb. Bundan əlavə, gəlirlərinin azalması səbəbindən aylıq kredit ödənişlərini ödəməkdə çətinlik çəkən borcalanlarla danışıqlar aparılaraq onlardan 30 nəfərdən çoxunun kredit borclarının (ümumi məbləğ 200 min manatdan artıq məbləğdə) restrukturizasiya edilməsinə razılıq verilib. Eyni zamanda, onlarla borcalanlara aylıq ödənişlərini həyata keçirmələri üçün əlavə möhlət verilib. “Qeyd edilən dəstək və güzəşt prosesləri yekunlaşmayıb, hazırda da həyata keçirilməkdədir”, - deyə BOKT-dan bildirilib.

BOKT “Finoko” ASC

Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan aparıcı mikromaliyyə təşkilatlarından biri BOKT “Finoko” ASC də pandemiya ilə əlaqədar olaraq müştərilərinə güzəştlərin tətbiqinə başlayıb. AMFA bildirir ki, BOKT indiyədək 90 istehlak və 34 daşınmaz əmlak kreditinin restrukturizasiyasını həyata keçirib. Restrukturizasiya edilən istehlak kreditlərinin məbləği 196,8 min manat, daşınmaz əmlak kreditləri isə 905,3 min manat təşkil edir.

Son xəbərlər

Pentaqondan Hörmüz açıqlaması - “6 ay bağlı qalması mümkün deyil”

“Xalxın uşaqları”ndan tövsiyələr - Fotolar

Solmaz Şirin : CAVANLIQ - FOTO

“Bunun üçün ABŞ-dən “yaşıl işıq” gözləyirik”

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

Həkim olmaq böyük məsuliyyətdir - FOTOLAR

Ədviyyatların boyatladığını göstərən 4 işarə

“Ad günümü səhnədə qeyd edəcəyəm” - 60 yaşlı Məleykə

Ölkədə yeni dələduzluq forması peyda OLUB - Vətəndaşın adına onlayn kredit götürüldü

“Avroviziya” təmsilçimiz yeni obrazda - FOTOLAR

Türkiyəli məşhur aparıcıda xərçəng aşkarlandı - FOTO

Bakı bulvarında yeni nəfəs - Caz və Şərab Festivalı başlayır+Fotolar

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib

Bakıda və bölgələrdə külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

ARDNF I rübdə 22 ton qızıl satıb

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri - FOTOLAR

"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

Milyonlarla ukraynalı səfərbərlikdən yayınır - Budanov

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm

Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb

“Rabitəbank”dan bank, sığorta və mobil operator əməkdaşlarına özəl nağd pul krediti kampaniyası

Premyer Liqanı tərk edəcək daha bir komanda məlum oldu

Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir - PROQNOZ

İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930