Xəbərlər
29.09.2025, 23:47
Elxas Comərd : Ağrıdan tutmuşam canı dişimdə - FOTO
Bu gün eşitdim ki, ürək günüdür...
Dedim, mənimdə ürəyimdən gileyi var... Tapdım, çıxardım...
Dedim, mənimdə ürəyimdən gileyi var... Tapdım, çıxardım...
ÜRƏYİM.
Yaman kəmhövsələ olub ürəyim,
Səbr də, xətrinə dəyməyir daha.
Hərdən ağrısından, kəsilir kələyim,
Dinirəm.., qocalıq batır günaha.
Əvvəl dolanardıq doğmalar kimi,
O, öz istəyində, mən öz işimdə.
İndi olamırıq artıq səmimi...,
Ağrıdan tutmuşam canı dişimdə.
Yorardım, inciyib, küsməzdi məndən,
Nədə, çəkdiyindən giley edərdi.
İndi az qalır ki, çıxsın sinəmdən,
Söyləmir anlayam, biləm, nə, dərdi?
Hər şeyin dəyərdən düşdüyün duyur,
Zalım zülümünü görüb ağrıyır.
Düşündüm,duyduğun göz yaşı yuyur,
Bəlkə, hövsəsin güman saxlayır... ?
İndi anlayıram, başa düşürəm,
Qocalıq, xəstəlik bir bahanədir.
Bu cür olanlardan, yaman üşünürəm,
Bəs mənim ürəyimin günahı nədir...?
Səbr də, xətrinə dəyməyir daha.
Hərdən ağrısından, kəsilir kələyim,
Dinirəm.., qocalıq batır günaha.
Əvvəl dolanardıq doğmalar kimi,
O, öz istəyində, mən öz işimdə.
İndi olamırıq artıq səmimi...,
Ağrıdan tutmuşam canı dişimdə.
Yorardım, inciyib, küsməzdi məndən,
Nədə, çəkdiyindən giley edərdi.
İndi az qalır ki, çıxsın sinəmdən,
Söyləmir anlayam, biləm, nə, dərdi?
Hər şeyin dəyərdən düşdüyün duyur,
Zalım zülümünü görüb ağrıyır.
Düşündüm,duyduğun göz yaşı yuyur,
Bəlkə, hövsəsin güman saxlayır... ?
İndi anlayıram, başa düşürəm,
Qocalıq, xəstəlik bir bahanədir.
Bu cür olanlardan, yaman üşünürəm,
Bəs mənim ürəyimin günahı nədir...?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

