Azərbaycanın İrandakı səfirliyində 27 Sentyabr - Anım Günü ilə bağlı “Vətən Fədailəri” adlı mərasim təşkil olunub.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyindən məlumat verilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bildirib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğala son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı. Azərbaycan xalqının birliyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun şücaəti ilə ərazi bütövlüyümüzün bərpası təmin edildi.

Səfir, döyüş meydanında məğlub duruma düşən Ermənistanın hər zaman olduğu kimi həmin dövrdə təxribatlara əl atdığını, davamlı şəkildə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə və digər yaşayış məntəqələrinə raket hücumları həyata keçirərək dinc əhaliyə qarşı müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyini, günahsız insanları, qadın və uşaqları qətlə yetirdiyini bildirib.

Əli Əlizadə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində, daha sonra həyata keçirilən antiterror əməliyyatlarında Azərbaycanın 3000-dən artıq qəhrəman igidlərinin şəhidlik zirvəsinə ucaldığını deyib.

Diplomat tarixi ədaləti bərpa edən Azərbaycanın hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin görüldüyünü qeyd edib.

O, İranın Azərbaycanla sərhəd ərazilərində yerləşən vilayətlərinin əhalisinin Vətən müharibəsi dövründə sərhəd kənarına toplaşaraq Azərbaycana göstərdiyi mənəvi dəstəyinin məmnunluqla xatırlandığını bildirib və bunun xalqlarımızın möhkəm həmrəyliyinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Mərasimdə 27 Sentyabr - Anım Gününün mahiyyəti və həqiqətlərini özündə əks etdirən qısametrajlı film nümayiş olunub.






Son xəbərlər

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930