Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 23-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

İfadə verən zərərçəkmiş şəxs Məmmədtağı Kərimov Kəlbəcərdə düşmənin təxribatı nəticəsində yaralandığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı bir neçə nəfərin həlak olduğunu və daha bir neçə nəfərin yaralandığını deyib.

Zərərçəkmiş Ceyhun Məmmədli Kəlbəcərdə yaralıların təxliyəsi zamanı düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında sanitar avtomobilin üzərində fərqlənmə nişanının olduğunu, buna baxmayaraq atəşə tutulduqlarını bildirib. Hadisə zamanı yanında olmuş digər şəxslər də yaralanıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Nemət Abdullayev Xankəndidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandığını bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Bəxtiyar Səmədli isə Xankəndidə düşmənin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib.

Ağahüseyn Hacıyev Xankəndidə düşmənin açdığı atəş nəticəsində özünün, Tərlan Cabbarovun və Sadiq Qasımlının yaralandığını bildirib.

Məhəmməd Hüseynov ifadəsində Xankəndi istiqamətində düşmən təxribatı nəticəsində xəsarət aldığını bildirib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı Vaqif Salmanovun və Əli Mustafayevin də yaralandıqlarını deyib.

Fərid İmaməliyev ifadəsində Xocavənd rayonu istiqamətində düşmən atəşi nəticəsində xəsarət aldığını bildirib. Əlavə edib ki, hadisə zamanı yanında Əvəz Abbasov həlak olub, bir neçə nəfər isə yaralanıb.

Çingiz Paşayev ifadəsində Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını söyləyib.

İlyas Mehdiyev Xocavənddə düşmənin təxribatı nəticəsində yaralandığını bildirib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ramal Rüstəmov Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarət aldığını deyib.

İfadə verən Nəcəfəli Mövsümov Xocalı, Ramiz Süleymanov və Şahin Cəbiyev Xankəndi istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər.

Ceyhun Həsənov Laçında qarşı tərəfdən açılan atəş nəticəsində yaralandığını bildirib.

İfadə verən Hüseyn Axundov, Seymur Əliyev və Elvin Əhmədov düşmən təxribatı nəticəsində Ağdərə istiqamətində xəsarət aldıqlarını deyiblər.

Musa Orucov ifadəsində Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

Tural Quliyev Ağdamda düşmən təxribatı nəticəsində yaralandığını bildirib.

Mahirəddin Namazov Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Hadisə zamanı bir neçə nəfər həlak olub, bir neçə şəxs isə müxtəlif xəsarətlər alıb.

Sənan Fərzəliyev Laçında idarə etdiyi avtomobilin qarşı tərəfin atəşi nəticəsində xəsarət aldığını deyib. Hadisə zamanı yaxınlığında olan bir neçə nəfər isə yaralanıb.

Murad Hacıyev Laçın rayonu ərazisində olan zaman düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.

Yaqubəli Səfərov Xankəndi istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Hadisə zamanı yaxınlıqda olan bir nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.

Cavanşir Xəlilov bildirib ki, Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində özü və yanında olan bir neçə nəfər yaralanıb.

Nemət Nuri Ağdam-Ağdərə istiqamətində düşmənin açdığı atəşlər nəticəsində yaralandığını deyib.

Fərhin Teymurov, Rüstəm Əliyev, Həsən Əliyev, Azər Qazaxov, Şükür Camalov, Cəfər Məlikov, Tural Xəlilov, Hüseyn Mehdizadə, Kamal Musayev, Səbuhi Əliyev, Seymur İbrahimov, Ramiz Nəzərov, Ülfət Alıyev, İmran Mürsəlov, Rəşad İsmayılov, Vüqar Abbasov və Kamran Kazımov ifadələrində suveren ərazilərimizin müxtəlif istiqamətlərində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Toğrul Hümbətzadə Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib. Əlavə edib ki, hadisə zamanı ondan başqa daha bir neçə nəfər xəsarət alıb.

Əfqan Zeynalov Ağdam, Hüseyn Əmirov və Sənan Rzayev Ağdərə istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər.

Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

ÜRƏYİNDƏ LAÇINI GƏZDIRƏN, YAŞADAN QADIN - FOTOLAR

ALTI İLİN SƏSSİZ ŞAHİDİ — MƏNİM JURNALİSTİKA YOLUM

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930