İsti yay günlərini geridə qoyduq. Qarşıdan gələn payız fəslinin özünə xas meyvə və tərəvəzləri var.

“Qafqazinfo” bu tərəvəzlər arasında ən faydalı olanları təqdim edir.

Kərəviz özünə xas ətri və dadı ilə az kalorili qidalar arasında birincidir. K vitamini ilə zəngindir. Pəhriz saxlayanların sevimlisi olan kərəvizin 100 qramı sadəcə 16 kaloridir.

Kələm yaşlanmanı əngəlləyəcək mineral olaraq qəbul edilən seleniumla zəngindir. Dəriyə gözəllik verir. Mədə və qida borusu xərçəngi riskini azaldır. Kələmdə olan U vitamini mədə və bağırsaqların iç toxumasını qoruyur və oralardakı yaraların sağalmasına kömək edir.

Qara kələm kalsium, dəmir, potasium, C vitamini baxımından zəngindir. Kükürd tərkiblidir. Çiy yemək, ya sıxaraq suyunu içmək daha faydalı olar. Qan azlığını yox edir, sidik qovucudur. Mədə və bağırsaq yaralarını yumşaldır. Qandakı şəkər miqdarını aşağı salır. Bədəni xəstəliklər və xərçəngə qarşı qoruyur. Sarılıq, öd kisəsi xəstəliklərinə çox faydalıdır. Astma, revmatizmə qarşı faydalı olub, səs qısıqlığını yox edir, iştahanı açır.

Balqabaq. 100 qr balqabaq gündəlik fol turşusu ehtiyacının dörddə birini qarşılayır. Qaynadılmış balqabağın tərkibindəki karoten maddəsi təsirli antioksidandır. Potasiumla zəngindir.

Kök A, B1, B2 vitaminləri və lif qaynağıdır. Enerji verir. Qaraciyərin öd ifrazı və xolesterolu nizamlamasına kömək edir. Su tərkibi bol olduğu üçün şəkər xəstələri rahatlıqla yeyə bilər. Mədə və bağırsaq narahatlıqlarına müsbət təsir edir. Bişirildikdən sonra içindəki maddələr çox qısa bir müddətdə toksik maddələrə çevrilə bildiyi üçün dərhal yeyilməlidir.

Təzə lobyanın kalorisi olduqca azdır. Çiy halda 10 qramı 31 kalori tərkiblidir. Doymuş yağlar yoxdur. Vitamin, mineral, mikro qida elementləri ilə zəngindir. Göz sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var.

Lobya xoranı əngəlləyir, həzm sistemindəki asiti neytrallaşdırır. Stress və depresiyyanı azaldarkən sinir sistemini də qorumağa kömək edir.

Kəvər bol miqdarda C, K, B vitaminləri, potasium, kalsium, silisium, manqan, kükürd yod, dəmirlə zəngindir və qida dəyəri yüksəkdir. Bədənə qüvvət verir. Qanı artırır. Həzm sistemi üçün çox faydalıdır. Həzmi asanlaşdırır. Sinirləri qüvvətləndirir. Böyrək, bağırsaq və mədəni işlədir, gücləndirir.

Qarğıdalı vitamin qaynağıdır. B1, B5, B3 vitaminilə, lif, fosfor, maqnezium, fol turşusu ilə son dərəcə zəngindir.

Qırmızı bibər maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamaq istəyənlərə çox faydalıdır. İfraz etdiyi histamin sayəsində baş dərisində keçəlləşmiş bölgələrdə tüklərin yenidən çıxmasına kömək edir.

İspanaq dəmir, proteinlə zəngindir. Təzyiqi aşağı salır, qan laxtalanmasını yox edir. Betakaroten tərkibli olduğu üçün yaşla birgə ortaya çıxan göz xəstəliklərinə qarşı faydalı olur. Mədə xərçənginin qarşısını alır və immunitet sistemini gücləndirir.

Son xəbərlər

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930