Xəbərlər
18.09.2025, 00:36
Latviya Rusiya və Belarus sərhədlərində hava məkanının bağlı qalmasının vaxtını uzadıb
Latviya hökuməti ölkənin Rusiya və Belarus sərhədlərinə yaxın bölgələri üzərində hava məkanının bağlanmasını sentyabrın 19-u səhər saatlarına qədər uzadıb.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu haqda ölkənin hava hərəkətinə nəzarət xidməti məlumat yayıb.
“Əvvəlcə Rusiya və Belarusla sərhəd bölgələri üzərində hava məkanı cümə axşamı, sentyabrın 18-i axşam saatlarına qədər bağlı idi. Lakin indi məhdudiyyət, cümə günü, sentyabrın 19-u yerli vaxtla səhər saat 7:00-a qədər uzadılıb”, - məlumatda deyilir.
Qeyd edək ki, qadağa 6 km-ə qədər yüksəklikdəki uçuşlara aiddir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay