15 sentyabr – Bilik günü münasibətilə Abşeron rayonunun Hökməli qəsəbəsində yeni inşa olunmuş tam orta ümumtəhsil məktəbinin açılış mərasimi keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, açılışda Elm və Təhsil nazirinin müavini İdris İsayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə iştirak ediblər.

Çıxış edən İdris İsayev ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə yüzlərlə müasir məktəbin istifadəyə verildiyini vurğulayıb, Hökməli məktəbinin də şagirdlər üçün geniş imkanlar yaradacağını bildirib.

Sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, Abşeron rayonunda təhsil infrastrukturu sürətlə inkişaf edir və yeni məktəbin istifadəyə verilməsi şagirdlərin tədris şəraitinin daha da yaxşılaşmasına mühüm töhfə verəcək.

Ardınca çıxış edən “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə təhsilin hər bir sahədə tərəqqinin əsası olduğunu bildirib, müəllimlərin fədakar əməyini yüksək qiymətləndirərək şagirdlərə dərslərində uğurlar arzulayıb.

Qeyd olunub ki, müasir standartlara uyğun inşa edilən məktəb binası 1200-dən çox şagird yerlikdir. Təhsil ocağında laboratoriyalar, İKT kabinetləri, kitabxana, idman zalları, açıq idman meydançaları və inklüziv təhsil üçün xüsusi otaqlar yaradılıb.

Yeni məktəbin istifadəyə verilməsi rayon ərazisində şagird sıxlığının azaldılmasına, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.








Son xəbərlər

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930