Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin anası Elnurə Emreli qanunsuz şəkildə cərimələndiyini iddia edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda paylaşım edən E.Emrelinin sözlərinə görə, avtomobili qarajda olduğu halda ona inzibati cərimə tətbiq olunub.

O, telefonuna gələn bildirişi izləyiciləri ilə bölüşərək bunları yazıb: “Maşın bu gün qarajdan çıxmayıb. Bu necə mümkündür, bilən var?”

Mesajda qeyd olunub ki, Elnurə Emreli dayanma və durma qaydalarını pozduğuna görə 20 manat məbləğində cərimələnib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. AYNA-dan müraciətimizə cavab olaraq bildirildi: “Parklanma ilə bağlı vətəndaşlar yaranan suallarla və üzləşdiyi çətinliklərlə bağlı AYNA-ya müraciət edə bilərlər. Çağrı Mərkəzi və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət etmək mümkündür. Qanunsuz cərimə iddiası ilə bağlı müraciətləri vətəndaşlar “141” Çağrı Mərkəzinə zəng vuraraq bildirə bilərlər. Araşdırmanın nəticəsi bilavasitə vətəndaşların özlərinə təqdim olunur”.

Məlumat üçün bildirək ki, bəzi hallarda cərimə bildirişləri sürücülərə bir neçə saat, hətta bəzən bir gün sonra gəlir.

Son xəbərlər

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031