UNESCO YARADICI ŞƏHƏRLƏR ŞƏBƏKƏSİNDƏ

UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə 2019-cu ildə Qastronomiya Şəhərləri kateqoriyasında daxil olan Afyonkarahisar, bu il yeddinci dəfə keçiriləcək Gastro Afyon Beynəlxalq Turizm və Ləzzət Festivalı ilə 19–21 sentyabr 2025 tarixlərində dünyanın müxtəlif bölgələrindən gələcək ləzzət həvəskarlarını qarşılamağa hazırlaşır.

“TARİXLƏ MAYALANAN ŞƏHƏR”


Bu ilin mövzusu “Tarixlə Mayalanan Şəhər” olaraq müəyyən edilmişdir. Festival çərçivəsində Afyonkarahisarın minilliklər boyu formalaşmış zəngin mətbəx irsi və mədəniyyəti yenidən təqdim olunacaq, həmçinin dünya mətbəxləri ilə sintez edilərək iştirakçılara dolğun üç günlük proqram vəd olunacaq.

QASTRONOMİYA DÜNYASININ ULDUZLARI AFYONKARAHİSARDADIR


Festivalda 50-dən artıq məşhur aşpaz, Michelin ulduzlu restoranlarda çalışan kulinarlar və MasterChef yarışmalarından tanınan simalar səhnəyə çıxaraq həm Afyonkarahisar mətbəxini, həm də öz bölgə və ölkələrinin ləzzətlərini qonaqlara təqdim edəcəklər.

ŞEFLƏRDƏN BƏNZƏRSİZ TƏQDİMATLAR


Yerli və xarici aşpazların ustad dərsləri Afyonkarahisar mətbəxi ilə dünya mətbəxinin sintezini canlı şəkildə nümayiş etdirəcək.

Xüsusilə qaymağı, lokumu və sucuğu ilə tanınan Afyonkarahisar 2019-cu ildən bəri UNESCO-nun Qastronomiya üzrə Yaradıcı Şəhərlər Şəbəkəsində yer almaqdadır. Həm ət, həm də xəmir yeməklərinin ustalıqla hazırlandığı bu zəngin mətbəx ənənəvi dadların müxtəlifliyi ilə seçilir.

ZƏNGİN COĞRAFİYA – BOL NEMƏTLİ ŞƏHƏR


Afyonkarahisarın süd və süd məhsullarının, ət və ət məhsullarının, yumurtasının, xaşxaşının, pomidor və kartofunun, vişnə və albalısının, təbii su və mineral sularının şöhrəti şəhərin zəngin bioçeşidliliyi və əlverişli coğrafiyası ilə bağlıdır.

Xaşxaş və sucuq istehsalı bölgədə xüsusi əhəmiyyət daşıyır. Xaşxaş küspəsi ilə qidalanan camışlar Afyonkarahisar qaymağının, eləcə də sucuq, pastırma və digər ət məhsullarının ləzzətini artırır. Ətirli otlarla bəslənən heyvanlar bölgənin məşhur sucuqlarının dadını daha da möhkəmləndirmişdir.

Afyonkarahisarda qara, qəhvəyi və ağ xaşxaş növləri yetişdirilir. Bu növlərin birlikdə üyüdülməsi ilə hazırlanan xaşxaş əzməsi şəhərin səhər yeməklərinin ayrılmaz hissəsidir. Xaşxaş salatlardan şirniyyata, xəmir xörəklərindən çörəklərə qədər bir çox yeməklərdə istifadə olunur.

QAYMAĞI VƏ ŞİRNİYYATLARI İLƏ MƏŞHUR ŞƏHƏR

Şəhərin məşhur ləzzəti olan qaymaq adətən mürəbbə və ya balla səhər süfrəsində yeyilir, həmçinin şirniyyatların üzərinə əlavə olunur. Ən çox isə “çörək kadayıfı” və “vişnəli çörək kadayıfı” ilə birlikdə təqdim edilir.

Afyonkarahisarın digər məşhur ləzzəti isə lokumdur. Xüsusilə içi qaymaqla doldurularaq hazırlanmış qaymaqlı lokum ən sevilən çeşidlərdəndir. Bundan başqa, meyvə və quru yemişlərlə zənginləşdirilmiş müxtəlif növləri də hazırlanır. Bölgədə istehsal olunan xüsusi anasonlu və meyan köklü akide konfetləri isə Avropaya ixrac edilir.

FESTİVALDA MUSİQİ ZİYAFƏTİ


Festival yalnız qastronomiya deyil, həm də musiqi ilə zənginləşdiriləcək:

19 sentyabr – Şahin Kendirci

20 sentyabr – Soner Sarıkabadayı

21 sentyabr – Cengiz Kurtoğlu

GUİNNESS REKORDUNA CƏHD: “DÜNYANIN ƏN BÖYÜK SUCUQLU YUMURTASI”

Festivalın ən iddialı tədbirlərindən biri Guinness Rekordu cəhdi olacaq. 1 ton Afyonkarahisar sucuğu və 15 min yumurta ilə hazırlanacaq 25 m²-lik nəhəng tavada bişiriləcək “Dünyanın ən böyük sucuqlu yumurtası” bütün dünyada böyük əks-səda doğuracaq.

PROFESİONAL YARIŞLAR VƏ FƏRQLİ SAHƏLƏRDƏ XÜSUSİ TƏDBİRLƏR

Afyon Culinary Cup – peşəkar aşpazlıq yarışları

Butik Qənnadıçılıq Yarışması – şokolad və şəkər sənətinin incə nümunələri

Qadınana Milli Yeməklər Yarışması – qadınlar arasında ənənəvi yeməklər müsabiqəsi

Beef Afyon Grill – ət sevərlər üçün xüsusi qastronomik guşə

RƏNGLİ VƏ CANLI FESTİVAL


Festival boyu 175 firma stendi, Afyonkarahisar restoranlarında dadım tədbirləri, tarixi turlar, panellər, müzakirələr, kulinariya yarışları təşkil olunacaq. Küçə sənətçiləri və vizual şoular isə festival ab-havasını daha da canlandıracaq. Uşaqlar üçün oyun meydançaları və xüsusi tədbirlər nəzərdə tutulub.

GÜCLÜ ƏMƏKDAŞLIQ


Festival hər zaman olduğu kimi geniş əməkdaşlıq çərçivəsində keçiriləcək:
Afyonkarahisar Valiliyi, Afyonkarahisar Bələdiyyəsi, Afyonkarahisar Ticarət Palatası, Afyonkarahisar Ticarət Birjası, Zafer İnkişaf Agentliyi, Afyon Kocatepe Universiteti, Turizm və Qastronomiya Federasiyasına bağlı beş dərnək, Zafer Turistik Otelçilər və İşlətməcələr Dərnəyi (ZAFTODER) əməkdaşlığı ilə reallaşacaq.

FESTİVALA DƏVƏT


Afyonkarahisar Peşəkar Aşpazlar Dərnəyinin (AFPAD) sədri, Executive Şef Hamza Kalkan festivalın 19–21 sentyabr 2025 tarixlərində Afyonkarahisar Motor İdmanları Mərkəzi Festival Sahəsində, ödənişsiz girişlə keçiriləcəyini bildirmiş və bütün yerli, milli və beynəlxalq qonaqları bu tədbirə dəvət etmişdir.

Son xəbərlər

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031