Musa Qəniyev,
Azərbaycan Tibb Universiteti,
Tibb Elmləri Doktoru, Professor


Əvvəla bildirmək istəyirəm ki, siqaret və ya papiros tüstüsünün tərkibində 4720- yə qədər zəhərli maddə vardır ki, bunlardan 70-i (benzpiren, formaldehid və s.) yüksək kanserogen təsirli son dərəcə toksiki birləşmələrdir. Odur ki, arzuolunan hal, ümumiyyətlə siqaret çəkməməkdir.
Təqdim olunan materialın məqsədi isə, bu həqiqət deyildir. İnsanları maraqlandıran bir sualın elmi izahıdır: Nəyə görə siqaretə alüdə olanların müəyyən faizi ağır və sağalmaz xəstəliklərə (məs. ağ ciyər xərçəngi və s.) tutulduğu halda, digər qismi bu xəstəliklərə tutulmur. Hazırki araşdırma bu halın genom mexanizmlərilə bağlılığının incələnməsinə həsr edilmişdir.

İstər siqaretə alüdəçilik, istərsə də siqaretlə bağlı xəstəliklərin baş verməsinin əsas səbəbi, irsiyyətin struktur vahidi olan gen aparatında, total struktur pozğunluğunun baş verməsidir. Təbii ki, daha çox narahatlığa səbəb, onkoloji xəstəliklərin (məs. ağ ciyər xərçəngi) baş verməsində əsas risk faktoru olan genlərdə törənən dəyişikliklərdir.

Bu qrupun əsas nümayəndələri nikotinə həssaslığı və DNT-nin bərpa mexanizmini tənzimləyən subvahidlərdir.
Məsələn, CHRNA5/A3/B4 qrup nikotinə həssaslığın təminatçısı olan reseptorları kodlayan genlər ailəsinin, xüsusən CHRNA3 şərti işarəli genində törənən mutasiya, çəkilən siqaretə nəzarətin itirilməsinə səbəb olmaqla, onkoloji xəstəliyin baş verməsində əsas risk faktorlarından biri sayılır.
Siqaret tüstüsünün tərkibində olan kanserogenlər DNT-ni və şiş hüceyrəsini supressiv halda saxlayan genləri zədələyir. Nəticədə hüceyrə bölünməsinin təminatçısı olan genlərdə aqressiv mutatik dəyişiklik baş verir. Məsələn, orqanizmdə "genom qoruyucusu" adlandırılan TP53 genində. Bu gen hüceyrənin bölünmə və inkişafına nəzarət edir, eləcə də DNT-si zədələnmiş hüceyrənin özünüməhvi (apoptoz) mexanizmini təmin edən zülalı kodlayır. Bu gendə baş verən mutasiya hüceyrələri qoruyan və bölünmə mexanizmini nəzarətdə saxlayan qoruyucu vasitədən orqanizmi məhrum edir. Nəticədə, intensivləşən nəzarətsiz hüceyrə bölünməsi, məlum şiş toxumasının əmələ gəlməsinə səbəb olur. Məsələn, genetik müayinə, ağ ciyər xərçənginə tutulanların 50%-dən çoxunda, bu genin mutasiyasını təsdiq edir. Və ya hüceyrəyə inkişaf "siqnalını" ötürən KRAS geni. Bu gendə mutasiya ağ ciyər xərçənginə tutulmuşların təqribən 30%-də müşahidə olunur və təsdiqi, bu faiz nisbətində xəstələrdə proqnozun pis olacağının birbaşa göstəricisi sayılır.
Hüceyrə inkişafına nəzarət edən digər- ​FGFR1 genində törənən mutasiya, şişin həm də diaqnostik qiymətləndirilməsi- yastı hüceyrəli ağ ciyər xərçənginin təsdiqidir.

Siqaret tüstüsünə xüsusi həssaslıq göstərən genlərə EGFR və PTEN gen subvahidləri də aid edilir. Sonuncu şiş hüceyrəsinin supressoru sayılır. Əsas funksiyası bəq xassəli şiş toxumasının inkişafının qarşısını almaqdır. Odur ki, siqaret tüstüsünün bu gendə törətdiyi mutasiya, onun müdafiə funksiyasının qarşısını alır və xərçəng hüceyrələrinin inkişafına zəmin yaradır.

Siqaret tüstüsü həm də DNT-nin metilləşməsi mexanizminə epigenetik təsir göstərərək, mutasiya törətmədən, müəyyən qrup genlərin aktiv və ya inaktiv hala keçməsini tətikləyir. Bu halın özü də məlum xəstəliyin meydana çıxmasında risk faktoru sayılır.
Son olaraq bildirirəm ki, məlum gen mutasiyaları bu və ya digər dərəcədə bütün siqaret çəkən insanlarda müşahidə olunur və xərçəngin baş verməsinin əsas risk faktorları sayılır.

Lakin bütün hallarda məlum xəstəliyin baş vermə ehtimalı, fərdi orqanizmin, baş verən bu gen mutasiyalarını nədərəcədə effektiv şəkildə aradan qaldıracağının təminatçısı olan, endogen mexanizmlərin fizioloji fəallığından asılıdır.
Odur ki, bütün siqaret çəkənlər ağ ciyər xərçənginə tutulacaq fikri tamamilə yanlış və əsassızdır. Yəni, xəstəliyə tutulmaq və ya əksi, bütün hallarda fərdi genetik dözümlülük mexanizminə bağlı və ondan asılı bir prosesdir.

Digər tərəfdən, əsasında xolinergik sistemin modulyasiyası duran yaralı kolit, aftoz yaralı stomatit, Alzheymer, Parkinson, allergik alveolit, Turetta sindromu, şizofreniya, obstruktiv yuxu apnoesi kimi xəstəliklər zamanı siqaret çəkmək hətta müsbət təsir göstərə və korreksiya halı törədə bilir (lakin bu ayrıca bir mövzudur).
Bütün bunlarla yanaşı, sağlamlığa xidmət edən ən yaxşı vasitə, yuxarıda söylədiyim kimi siqaret çəkməmək, yəni sağlam həyat tərzidir.

Son xəbərlər

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930