Xəbərlər
31.08.2025, 22:56
Əliyev-Putin görüşü Çində baş tuta bilərmi? - Peskovdan açıqlama
“Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında söhbətin baş tutması mümkündür. Onların bu tədbirdə görüşmək imkanı olacaq”.
"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu sözləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Peskov belə bir görüşün baş tutmasına ümidvar olduğunu söyləyib.
“Ən azı, belə bir fürsət olacaq”, - deyə Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində 20-dən çox xarici ölkə lideri iştirak edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay