Xəbərlər
29.08.2025, 03:58
Ukrayna Macarıstana nota verdi
Ukrayna Xarici İşlər Nazirliyi Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin Macarıstana girişini qadağan etməsindən sonra bu ölkənin səfirinə etiraz notası təqdim edib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində yazıb.
“Macarıstanın səfiri Ukrayna XİN-ə çağırılıb. Ona Macarıstanın Ukraynada macar azlığına, xüsusilə də əcdadlarının ölkəsinə girişi qadağan edilmiş macar mənşəli müdafiəçimizə qarşı ayrı-seçkiliyinə cavab olaraq etiraz notası təqdim edilib”, - nazirin bəyanatında deyilir.
Sibiqa Macarıstan hakimiyyətini qeyri-dost hərəkətlərdən çəkinməyə və dövlətlər arasında konstruktiv dialoqu bərpa etməyə çağırıb. O, Kiyevin belə bir dialoqa açıq olduğunu vurğulayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay