Xəbərlər
30.07.2025, 00:14
QIZBƏS QƏBƏLƏ : BİR ANA QOVUŞDU ÖZ BALASINA-FOTO
BİR ANA QOVUŞDU ÖZ BALASINA
( Milli Qəhrəmanımız Natiq Qasımovun anası dünyadan köçdü)
Bu gün ellər gəldi onun yasına,
Ölüm çarə oldu qəlb yarasına.
Bir ana qovuşdu öz balasına.
Öldürüb içində intizarını.
Düydükcə qoynunda çarpaz qolunu,
Həsrəti bürüdü sağı-solunu,
İllərlə gözlədi oğul yolunu,
Bağrına basaraq arzularını.
Gözləri uzanan yollarda qaldı,
Dərdli ürəyini duman-çən aldı,
Sönən ümidini daşlara çaldı.
Dərməyib bağının şirin barını.
Bala həsrətiylə köçdü dünyadan,
Olmadı ölümü onuntək dadan.
Kimsə duymaz bir də eli ağladan,
O yazıq ananın ahu-zarını.
Ölüm çarə oldu qəlb yarasına.
Bir ana qovuşdu öz balasına.
Öldürüb içində intizarını.
Düydükcə qoynunda çarpaz qolunu,
Həsrəti bürüdü sağı-solunu,
İllərlə gözlədi oğul yolunu,
Bağrına basaraq arzularını.
Gözləri uzanan yollarda qaldı,
Dərdli ürəyini duman-çən aldı,
Sönən ümidini daşlara çaldı.
Dərməyib bağının şirin barını.
Bala həsrətiylə köçdü dünyadan,
Olmadı ölümü onuntək dadan.
Kimsə duymaz bir də eli ağladan,
O yazıq ananın ahu-zarını.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















