“Mənim üçün bu epiqraf ola bilərdi: “Allahdan asan həyat istədim, asan ölüm də istəməliyəm”. Bu mənim xəyal etdiyim yeganə şeydir. Heç kimə problem yaratmasın. Təbii ki, mənim ailəm və dostlarım salamat olsunlar. Qalan heç nə məni maraqlandırmır”.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın əfsanəvi “Pole çudes” teleşousunun aparıcısı Leonid Yakuboviç yubileyi ərəfəsində TASS agentliyinə verdiyi müsahibədə bildirib.

İyulun 31-i 80 illik yubileyini qeyd edəcək sənətçi aktyor, ssenarist, peşəkar pilot kimi bir çox sualları cavablandırıb, illər ərzində həyatındakı dəyişikliklərdən danışıb: “Səhərdən axşama kimi işləyirəm. Bu mənim üçün yeganə xoşbəxtlikdir. Bu mənada dəyişən yeganə şey indi beşinci kitabımı bitirməyimdir. İki tamaşada rol almışam. İki ssenari yazmışam.
Həftədə üç dəfə məşq edirəm, uçuram. Sırf fiziki olaraq nəyinsə dəyişdiyini hiss etmirəm. Və buna görə də özümü əla hiss edirəm. Başım işləyir, başqa heç nəyə ehtiyacım yoxdur”.

Aparıcı doğum gününü heç vaxt qeyd etməyəcəyini deyib: “Çox nadir istisnalar olmaqla, bütün şənliklər 30-40 dəqiqə ərzində məclisə niyə gəldiklərini tamamilə unudan ayrı-ayrı qrupların sakit söhbətlərinə çevrilir. Bu, təbii ola bilər, amma məni xoşbəxt etmir. Oğlumun, qızımın, nəvəmin və həyat yoldaşımın ad günündən başqa heç bir ad günü keçirməyə hazırlaşmıram. Təbii ki, həm də dostlarımın və sevdiklərimin. Bir də heç vaxt öz ad günümü qeyd etməyəcəyəm”.

“Pole çudes”in çəkiliş meydançasında onu təsirləndirən anların olub-olmaması ilə bağlı sualı L.Yakuboviç belə cavablandırıb: “Mən 35 ildir ki, ssenarisiz işləyirəm. 35 il tam improvizə... Çünki iştirakçılardan hansının şouya gələcəyini heç vaxt bilmirəm. Və tapşırıq mənə başlamazdan bir dəqiqə əvvəl, artıq studiyada tamaşaçıların qarşısında dayandığım zaman verilir. Və bu dəftərdə, bu qovluqda tapşırıqdan əlavə barabanın arxasında dayananların kimliyi ilə bağlı qısa məlumat var. Yenə deyirəm, çəkiliş başlanan andan dəqiq nə olacağı barədə heç bir fikrim yoxdur. Bu baxımdan mənim üçün hər bir veriliş yeni kimidir, 35 il ərzində belədir. Ona görə də bu proqrama heç vaxt baxmıram. Ailəm isə heç vaxt bu proqramı qoşmur. Hər dəfə hər şey yeni olur”.




Son xəbərlər

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031