Xəbərlər
17.07.2025, 15:04
Svetlana Orlova: Audit qurumlarının Dayanıqlı İnkişaf Məqsədləri üzrə vahid yanaşma formalaşdırması vacibdir
Audit, yoxlamalar və effektivlik üzrə bir çox ölkələrdə böyük işlər görülüb. Bununla yanaşı, anlayırıq ki, ortaq məqsədlər kifayət qədər deyil. Birləşmiş Millətlər Təşkilatı vətəndaş institutlarının effektivliyinin artırılmasına çağırır. Görürük ki, son vaxtlar ali audit orqanları milli hökumətlər tərəfindən qarşıya qoyulan tapşırıqların həllində açar rolunu oynayır.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) 62-ci toplantısında Rusiya Federasiyasının Hesablama Palatasının auditoru Svetlana Orlova ASOSAI-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İşçi qrupunun hesabatını təqdim edərkən deyib.
O, audit qurumlarının DİM üzrə vahid yanaşma formalaşdırmasının vacibliyini qeyd edib. Həmçinin DİM-ə nail olmaq üçün ali audit qurumlarının rolunu vurğulayıb. "İqtisadi siyasət milli hökumətlər tərəfindən müəyyənləşdirilir. Bu işin keyfiyyətini isə yüksək audit orqanları müəyyən edir. Burada tapşırıqlar institusional olaraq da aparılmalıdır. Bizim ölkələrin potensialı var və bu istiqamətdə fikir mübadiləsi aparırıq", - deyə o diqqətə çatdırıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay