Tekseldəki Niderland Kral Dəniz Tədqiqatları İnstitutunun (NIOZ) alimlərinin fikrincə, Şimali Atlantik Okeanında təxminən 27 milyon ton nanoplastik hissəciklər var. Tədqiqat göstərib ki, diametri 1 mikrometrdən az olan bu mikroskopik hissəciklər daha böyük plastik qalıqlardan əhəmiyyətli dərəcədə yüksək konsentrasiyalarda mövcuddur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Pelagia” tədqiqat gəmisinin göyərtəsində aparılan ekspedisiya zamanı alimlər Şimali Atlantikanın 12 nöqtəsində nümunələr götürüblər. Nümunələr üç dərinlikdə toplanılıb: səthdə 10 metr dərinlikdə, 1000 metr dərinlikdə və dəniz dibindən təxminən 30 metr yüksəklikdə. Bu yerlərin beşi Şimali Atlantik subtropik girdabında, dördü açıq okeanda və üçü Avropa kontinental şelfində olub.

Yüksək dəqiqliyə malik skanerdən istifadə edən tədqiqatçılar nanoplastik hissəciklərin hər yerdə, xüsusən də sahilyanı ərazilərdə və subtropik zonalarda, tullantıların yığılıb parçalandığı ərazilərdə olduğunu aşkar ediblər.

Tapılan ən çox yayılmış plastiklər butulkaların və qablaşdırmaların hazırlanmasında istifadə edilən PET, PVC və polistiroldur. Tədqiqat zamanı təbii mühitdə geniş yayılmış polietilen və polipropilen demək olar ki, aşkar edilməyib ki, bu da istifadə olunan analitik metodların texniki məhdudiyyətləri ilə bağlı ola bilər.

Tədqiqatçılar deyirlər ki, mikroplastiklər gözlənilməz davranış göstərə, orqanizmlərə daxil ola və ətraf mühitə daha böyük fraqmentlərdən fərqli təsir edə bilər. Alimlər plastikin okeanlara daxil olan miqdarını məhdudlaşdırmaq üçün təcili tədbirlər görməyə çağırırlar, çünki onun təsirləri ilə mübarizə üçün indiki səylər kifayət qədər effektiv deyil.

Son xəbərlər

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930