
Xəbərlər
10.07.2025, 14:05
MÜZƏFFƏR MƏZAHİM : CAMALIM - FOTOLAR
CAMALIM
Bu gün Neftçala rayonunun Həsənabad qəsəbəsindən ikinci Qarabağ müharibəsində şəhid olmuş Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılovun doğum günüdür. Allah rəhmət eləsin, ruhu şad olsun.
Baxıram rəsminə kövrəlir könlüm,
Nə şirin gülürsən üzə,Camalım.
Məğrur vüqarına güvəndi elim,
Düşdün bir əbədi izə,Camalım.
Tanrı dərgahında məqamın uca,
Layiqsən ən ali təltifə,taca,
Ey cəsur ürəkli qəhrəman qoçaq,
Düşməni gətirdin dizə,Camalım.
Vətənə sevgiylə könül bağladın,
İntiqam hissiylə coşdun,çağladın,
Mənfur düşmənləri əzdin,dağladın,
Qoymadın yurdumda gəzə,Camalım.
Təkcə sinə gərdin neçə qoşuna,
Adını həkk etdin Suqovuşana,
Çatdın əməlinlə şöhrətə, şana,
Düşdün nəğmələrə,sözə,Camalım.
Ay körpə fidanım, qönçə çiçəyim,
Cənnət göylərində uçan mələyim,
Adın çəkiləndə titrər ürəyim,
Dönər baxışlarım közə,Camalım.
Hər gün həsrətinlə yolları yorum,
Önündə baş əyim, səcdənə durum...
Sayəndə qorundu milli qürurum,
Haqqını halal et bizə,Camalım.
Nə şirin gülürsən üzə,Camalım.
Məğrur vüqarına güvəndi elim,
Düşdün bir əbədi izə,Camalım.
Tanrı dərgahında məqamın uca,
Layiqsən ən ali təltifə,taca,
Ey cəsur ürəkli qəhrəman qoçaq,
Düşməni gətirdin dizə,Camalım.
Vətənə sevgiylə könül bağladın,
İntiqam hissiylə coşdun,çağladın,
Mənfur düşmənləri əzdin,dağladın,
Qoymadın yurdumda gəzə,Camalım.
Təkcə sinə gərdin neçə qoşuna,
Adını həkk etdin Suqovuşana,
Çatdın əməlinlə şöhrətə, şana,
Düşdün nəğmələrə,sözə,Camalım.
Ay körpə fidanım, qönçə çiçəyim,
Cənnət göylərində uçan mələyim,
Adın çəkiləndə titrər ürəyim,
Dönər baxışlarım közə,Camalım.
Hər gün həsrətinlə yolları yorum,
Önündə baş əyim, səcdənə durum...
Sayəndə qorundu milli qürurum,
Haqqını halal et bizə,Camalım.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












