
Xəbərlər
15.06.2025, 22:23
15 İyun Milli Qurtuluş Günü münasibətilə Bərdə regional "ASAN xidmət"mərkəzinin könüllüləri tərəfindən ASAN xidmət mərkəzində rayon tədbiri təşkil edilmişdir - FOTOLAR
Turaztv.az xəbər verir tədbirdə Bərdə regional "ASAN xidmət" mərkəzinin direktoru İlahə Quliyeva, Bərdə rayon Heydər Əliyev mərkəzinin direktoru Arifət Əhmədova, QMƏVŞAİB-in sədri Etibar Hüseynova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, ASAN könüllüləri və rayon gəncləri iştirak etmişlər. Tədbirin başlanğıcında Azərbaycanın azadlığı uğrunda canından keçmiş vətən oğulları və Ulu Öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulamışdır. Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdirlər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






















