MUSA QƏNİYEV,
Azərbaycan Tibb Universitetinin
Tibb Elmləri Doktoru, Professor


Son dərəcədə ziddiyyətli, gərgin, qorxulu, həyatımıza ölüm saçan müharibələr dövrünə gəlib çıxdıq. Günümüzdə müharibəyə qalxan ölkələrdən biri Bizim tərəfdaşımız, ağır gündə dayaq və arxadaşımız olan, İsrail, digəri isə, ümumi əhalisinin təqribən 42%-ni (40 milyona qədərini) qanı qanımızda, canı canımızdan, dini dinimizdə olan, doğmalarımız- azəri türkləri təşkil edən, İran adlı məmləkətdir.
Bəlkə də dünya güclərinin istək və arzularını dərindən başa düşmədiklərinə görədir ki, sosial şəbəkə aktivistləriləri olan həmvətənlərimizin bir qrupu İsrailin hərəkətlərini alqışlayır, İranı molla rejimi adlandıraraq ünvanına ən arzuolunmaz ifadələr işlədir. Və ya əksinə, İrana qəmxar çıxaraq, İsraili şovinist və təcavüzkar adlandırır.

Əvvəla, müharibələr günahsız insanların ölümünə, şəhər və kəndlərin viran qalmasına səbəb olduğundan, dəhşətli bir faciədir. İkincisi İranın vurulmasına sevinənlər düşünməlidir ki, İranda əsas hədəf nüvə obyektləridir. Bu gün İranda MAQATE- nin təsdiqlədiyi Natans, Fordo, İsfahan, Xondab, Ardalan, Anarsk, eləcə də Tehran reaktoru və Buşer AES kimi nüvə obyektləri vardır. Hətta iddia olunur ki, Təbrizin ərazisində belə gizli nüvə obyekti mövcuddur. Bu nüvə mərkəzlərindən ölkəmizin ərazisinə qədər olan məsafə təqribən 100-700 km-dir. Bir düşünün, hərgah İranda mövcud nüvə reaktorlarından hər hansı biri zədələnərsə, Bizi hansı bəlalar gözləyər. Digər tərəfdən, İranda müharibə nəzarətdən çıxarsa, Bizim qardaş və bacılarımız olan cənubi azərbaycanlıların yeganə ümüd və sığınacaq yeri vətənimiz Azərbaycan olacaqdır. Bu insan axınının qabağında durmaq, onların mövcudluq, yaşam və sosial problemlərini həll etməyin nə demək olduğunu düşünürsüzmi? Nəzərə alın ki, Azərbaycanın ümumi ərazisi cəmi 86600 kvadrat km-dir.
Odur ki, kompyuter arxasında oturub nəsə yazmaq istəyən hər bir kəs, xəyali istəyi yox, reallığı düşünməlidir. Reallıq, hər iki ölkəni sülhə, atəşkəsə səsləmək və bu həssas günlərdə təxribata uymamaqdır.
Əziz həmvətənlərim, Azərbaycan adlı məmləkətimiz çox mürəkkəb və böyük güclərin daima marağında olan bir coğrafi məkandır. Təkcə şimal, cənub və qərb qonşularımızın deyil, dünyanın "Hegemon güclərinin" də Vətənimiz Azərbaycana olan tarixi istək və maraqlarını elə tarix kitablarından oxuya bilərsiz. Sərqimiz isə, Xəzər dənizidir... Yəni nəticə çıxarmaq üçün elə də dərindən düşünməyə ehtiyac belə yoxdur.
Ölkəmizdə bu günki stabillik, sabitlik və təhlükəsizliyin yeganə qarantı ölkə başçısıdır. Bu gün vətənin, millətin və dövlətin sevən hər bir kəs, bu böyük insanın ətrafında daha sıx birləşib, mövcud sabitlik və stabilliyi qorumağa borcludur. Digər tərəfdən, Ölkə başçısının etimad göstərib, vəzifəyə təyin etdiyi vəzifə sahibləri qohumbazlıq və yerlibazlıqdan əl çəkməli, vətənin, millətin və dövlətin sevən insanları kənarlaşdırıb, yaxın bildiklərini vəzifəyə gətirməməlidir, tayfabazlığa son qoyulmalıdır. Çünki bədbəxtlik, faciə və ölüm sərhəd tanımır. Bu halda qurtuluşun yeganə yolu, zamanın düzgün qiymətləndirilməsinin meyarı olan, bacarıq, ağıl və güzgün idarəçilikdir. Vətənə, millətə və ölkə başçısına sədaqətdir.
Ulu Tanrı müstəqilliyimizi, Dövlətimizi və Dövlətçiliyimizi qorusun.

Son xəbərlər

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031