"Qobustan" kitabının müəllifi,Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev 71 yaşında vəfat edib.
"Qobustan" kitabının müəllifi,Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev 71 yaşında vəfat edib.
Seyfəddin Qəniyev 28 mart 1952-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olub. Poladlı kənd 8 illik və Nərimankənd orta məktəbini tərifnamə ilə, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Həmin institutun aspiranturasında təhsil alıb. Şamaxı rayonunun Göylər kənd səkkizillik məktəbində müəllim işləyib. İşlədiyi müddətdə "Metodist müəllim", SSRİ Maarif əlaçısı adlarına layiq görülüb. "M.F.Axundovun "Kəmalüddövlə məktubları" əsərinin bədii metod və janr xüsusiyyətləri" mövzusunda namizədlik, "Azərbaycan folklorunun regional özunəməxsusluğu - Şirvan folklor mühiti" mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib. 60 kitab (monoqrafiya toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifidir. AMEA Folklor İnstitunda fəaliyyət göstərən müdafiə şurasının üzvü idi. ADPU Şamaxı filialı direktorunun tədris və elmi işlər üzrə müavini vəzifəsində çalışıb.
Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Aşıqlar Birliyinin üzvü idi. Bir müddət AYB-nin Şamaxı filialına rəhbərlik edib. Beytüs-səfa məclisini təşkil edib. ADPU-nin Şamaxı filialında kafedra müdiri vəzifəsində işləyib. 2009-cu ildə "Tərəqqi medalı" ilə təltif olunub. Şirvan folklorunun tədqiqində, bu bölgədə yaşayıb yaratmış görkəmli insanların, sənətkarların həyat, fəaliyyət və yaradıcılığının öyrənilməsinə xüsusi əmək sərf eləmiş Seyfəddin Qəniyevə Allahdan rəhmət diləyirik!

Son xəbərlər

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanın vaxtı açıqlanıb

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclisə vəkillərin hüquqi müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik dəyişiklikləri tövsiyə edilib

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930