Xəbərlər
15.06.2025, 21:31
ŞƏHLA XƏLİLQIZI : Qoy borc olsun - FOTOLAR
Turaztv.az Şəhla Xəlilqızını ad günü münasibətilə təbrik edir.
Bu gün mənim ad günümü təbrik etməyən dostlara mənim bir jestim oldu.
Qoy borc olsun
Bir kəlmə xoş sözü qıymayan dostlar,
Mənimdə rəftarım qoy borcum olsun,
Məni xoş günümdə yalqız qoymayan,
Borcundan çıxmağım qoy borcum olsun.
Fərq etmir sayanı, saymayanı da,
Xətrini anaraq anmayanı da,
Dostun dost haqqını danmayanı da,
Borcundan çıxmağım qoy borcum olsun.
Gileylənməyə heç yoxdur ki, həddim,
Şükür ki, hər zaman ucadır qəddim,
İçimdən gələni ərkyana dedim,
Borcundan çıxmağım qoy borcum olsun.
Ötsə də gözümdən vaxtım, zamanım,
İl üstə yol alan ömür karvanım,
Üzümə açılan hər bir sabahım,
Borcundan çıxmağım qoy borcum olsun.
Şəhlayam umuksu nəyimə gərək,
Özümdən savayı kimə edim ərk,
Dost dediklərimə edərək bir görk,
Borcundan çıxmağa qoy borcum olsun.
Mənimdə rəftarım qoy borcum olsun,
Məni xoş günümdə yalqız qoymayan,
Borcundan çıxmağım qoy borcum olsun.
Fərq etmir sayanı, saymayanı da,
Xətrini anaraq anmayanı da,
Dostun dost haqqını danmayanı da,
Borcundan çıxmağım qoy borcum olsun.
Gileylənməyə heç yoxdur ki, həddim,
Şükür ki, hər zaman ucadır qəddim,
İçimdən gələni ərkyana dedim,
Borcundan çıxmağım qoy borcum olsun.
Ötsə də gözümdən vaxtım, zamanım,
İl üstə yol alan ömür karvanım,
Üzümə açılan hər bir sabahım,
Borcundan çıxmağım qoy borcum olsun.
Şəhlayam umuksu nəyimə gərək,
Özümdən savayı kimə edim ərk,
Dost dediklərimə edərək bir görk,
Borcundan çıxmağa qoy borcum olsun.
15.06.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













