Xəbərlər
6.06.2025, 00:56
Netanyahu: İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib
İsrail HƏMAS hərəkatı ilə mübarizə aparmaq üçün Qəzza zolağındakı bir sıra fələstinli tayfaları öz tərəfinə çəkib.
"Turaztv.az" "Report"-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
"Təhlükəsizlik qüvvələrinin məsləhəti ilə biz Qəzzada HƏMAS-a qarşı çıxan tayfaları aktivləşdirdik. Bu, ancaq xeyrimizədir – bu, hərbçilərimizin həyatını xilas edir", – baş nazirin ofisinin yaydığı bəyanatda bildirib.
Qeyd olunub ki, İsrail Qəzzada əsas məqsədə – HƏMAS-ın tam məğlubiyyətinə nail olmaq üçün kəşfiyyat, qətiyyət və təhlükəsizlik sisteminin tam dəstəyi ilə hərəkət edir.
“İsrail tam qələbə qazanana qədər bütün cəbhələrdə fəaliyyətini davam etdirəcək”, – bəyanatda vurğulanıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay