Kanadanın Toronto şəhərindəki Ontario Qanunvericilik Assambleyasının önündə Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib. Tədbir “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Kanada Azərbaycan Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Turaztv.az xəbər verir Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Azərbaycan icmasının və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələri ilə yanaşı, Ontario Qanunvericilik Assambleyasının spikeri Donna Skelli, Ontario parlamentinin üzvləri - Maykl Tibollo, Andrea Hezel, Sten Ço, Kristin Vonq-Tam, Rudi Kuzetto, Laura Smit, Deyzi Vay, Mohamed Firin, Reymond Sanq Cun Ço, eləcə də Türkiyənin Torontodakı Baş konsulu Can Yoldaş, İsrailin Toronto və Qərbi Kanadadakı Baş Konsulluğunun Hökumətlə Əlaqələr direktoru Elis Denson, Qana Baş konsulunun müavini Coys Asamoa-Korantenq, Torontoda Yaponiya konsulunun həyat yoldaşı Miho Takeşi iştirak ediblər.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Azərbaycan icmasının sevincini bölüşən qonaqlara təşəkkür edib. Kanadada yaşayan soydaşlarımızın Kanada ilə Azərbaycan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması istiqamətində çalışacaqlarını diqqətə çatdırıb.

Türkiyənin Torontodakı Baş konsulu Can Yoldaş mühüm tarixi hadisə ilə bağlı icmamızı təbrik edib, “Bir millət, iki dövlət” şüarını səsləndirərək iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.

Mərasimdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini bölüşüblər.

Ontario əyalətinin Baş naziri Daq Ford, Ontario Liberal Partiyasının rəhbəri Bonni Krombi, Ontario Qanunvericilik Assambleyasının spikeri Donna Skelli və Ontario parlamentinin üzvləri - Mayk Şrayner, Andrea Hezel, Kristin Vonq-Tamın imzaladığı təbrik məktubları Azərbaycan icmasına təqdim olunub.

Sonra Azərbaycanın və Kanadanın Dövlət himnləri səsləndirilib. Himnimizin sədaları altında Azərbaycanın Dövlət Bayrağı səmaya ucaldılıb.

Mərasim Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin rəqsləri və nağara qrupunun ifası ilə yekunlaşıb.




Son xəbərlər

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

Haray çəksəm qayalarda səslənər adım - FOTO

Bu aktyorlar "Teşkilat"dan gedir - FOTO

Dünyasını dəyişən rejissor tanınmış aktrisanın əri imiş

Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir+Foto

“Əməliyyatı yaxşı keçib, qayıdacağına ümid edirik”

Meksikada 5,8 bal gücündə zəlzələ olub

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Prezident: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir

Azərbaycan Prezidenti: Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib

MƏMMƏD QƏDİR : Bir can saxlamışam sənə əmanət - FOTO

Konsertə yeni sevgilisi ilə qatıldı - Foto

BİR KƏND,YEDDİ ŞAİR”ƏDƏBI MÖCÜZƏSININ BEŞİNCİ SƏSİ–FÜRQANİ FENOMENİ... - FOTOLAR

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB

Xanımı ilə Zəfər parkını ziyarət etdi - Fotolar

Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031