"ŞƏHİD ANASININ AD GÜNÜ OLMUR"

Bu gün ad günü olan Vətən müharibəsinin şəhidi ölməz Elçin Həsənlinin anası Xatirə xanımın timsalında bütün şəhid analarının dilindən

Təbrik eyləməyin məni,a dostlar,
Şəhid anasının ad günü olmur.
Mənimçün bu gündən ağır günmü var?!
Şəhid anasının ad günü olmur.

Şəhid anasının dərdi var böyük,
Çiynində həm ağır, həm şərəfli yük.
Məğrur dayansa da o,-boynu bükük,
Şəhid anasının ad günü olmur.

Şəhid anasının qəlb yaxır sözü,
Yollardan yığılmır intizar gözü.
Oğulsuz bir canlı şəhiddir özü,
Şəhid anasının ad günü olmur.

Şəhid anaları istər ki,tək -tək,
Pozanla səhvini silən uşaqtək,
Təqvimdən ad günün bir siləydi tək,
Şəhid anasının ad günü olmur.

Əldə bəy xonçası bağlı qalıbdır,
Övlad dərdi onu xəstə salıbdır.
Ən ali zirvəyə tez ucalıbdır,
Şəhid anasının ad günü olmur.

Oğulsuz hər günü o, haram sayır,
Həyatı yarımçıq, qəlb param sayır.
Şəhidlik ən ali bir məram,sayır,
Şəhid anasının ad günü olmur.

Ən adi günlərdən ağırdır o gün,
Dözümlü hər ana fağırdır o gün.
Bala dağlı ürək yağırdır o gün,
Şəhid anasının ad günü olmur.


24.05.2024 V gün 02:40 TƏRANƏ MƏFTUN





Son xəbərlər

“Alovlu Keçi” ili gəlir: Nə vəd edir?

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü

Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik

Bakıda yeni park salınır - FOTOLENT

Sabah Azərbaycanda hava yağışlı olacaq

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031