VAHİD ƏZİZ

BİLMƏDİ... Vahid ƏZİZ

Pedaqogika üzrə elmlər doktoru, səmimi
dostum, mükəmməl poeziya xiridarı

Vidadi ORUCOVA ithaf olunur.

İradəmiz möhkəm oldu dəmirdən,
Hey bərkidik, vaxt sındıra bilmədi,
Yoğrulmuşduq halal olan xəmirdən,
Dövran bizi bulandıra bilmədi.

Yad əllərdə buraxmadıq yaxanı,
Mənliyimiz Yurdun qılınc, qalxanı,
Qartal kimi zirvələrə çıxanı,
Şaxta vurub, Gün yandıra bilmədi.

Hakim gördük-gözləri kor, qəlbi kar,
Hökümdarlar nökəriydi qanunlar,
Hərdən elə işvəliydi yalanlar;
Çoxumuzu inandıra bilmədi.

Hökm eləyən cəllədların inadı
Millətlərin taleyiylə oynadı,
Qılıncları gücdən salıb, doğradı,
Qələmləri dayandıra bilmədi!

Çalxalandıq, durulandıq, bulandıq,
Həm alimlə, həm nadanla sınandıq,
Vətən sevdik, el başına dolandıq,
Xan-başına dolandıra bilmədi!

Az qandılar-üsyan edən nə dildir,
Gurultusu tük ürpədən nə zildir!?
Nəsiminin dərisindən Təbildir,
"Zahid" ona çırtma vura bilmədi!

Cəhd edəndə-zindanları sındıram,
Müstəbitlər bağırdılar: "Qulduram"!
Mən Babəkin ordusundan Şeypuram,
Çox mətləbi o, qandıra bilmədi.

Qoç Koroğlu, məzarını yarım, çıx!
Çox işimiz o vaxtlrdan yarımçıq,
"Dəlilərdən" beş-on nəfər qalmışıq,
Çoxlarını oyandıra bilmədik...

Son xəbərlər

Azərbaycanda akvakultura təsərrüfatlarına aid torpağın kateqoriyasını dəyişdirmək tələb olunmayacaq

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin hədəfləri müzakirə olunub

Qripə yoluxanların sayı artıb - TƏBİB

Norveç Ukraynaya "NASAMS" HHM sistemləri üçün xeyli sayda raket verib

“Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar” - Tramp

Azərbaycanda startap ekosistemi: İnfrastruktur var, bəs nəticə? - TƏHLİL

“Atəşgah” Sığorta 30 ilə doğru

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub

Azərbaycan klublarının ÇL-də vurduğu qolların sayı 150-yə çatdı

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

“Üzeyir Hacıbəyli mükafatı”nın təqdimatı olub - FOTOLAR

Kreml: “Sülh Şurası”na ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək

Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər - Video

21 yaşlı oğlan küçədə infarktdan öldü - Foto

Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

Buraxılış və qəbul imtahanlarının vaxtları açıqlandı

Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var - Yenilənib

Qrenlandiyanın hər sakininə 1 milyon dollar vəd edir - Bir şərtlə

“Azeri Light” bu gün neçəyə satılır?

Prezident “Qarabağ”ı belə təbrik etdi - “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq...”

Sosial müdafiəyə xüsusi ehtiyacı olanların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşir

Mən sehrbaz deyiləm - “Ayntraxt”ın baş məşqçisi

İlham Əliyev Hardi ilə görüşdü - FOTOLAR

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib

Prezident “Qarabağ”ı belə təbrik etdi - “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq...”

4-4-lük gecədən geriyə qalanlar... - Fotolar

Bəhlul Mustafazadənin qolu tarixə düşüb

Bütün xəbərlər
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031