Xəbərlər
11.05.2025, 21:45
Çin Yerin elektromaqnit sahəsini izləmək üçün peykləri orbitə buraxıb
Çin Yerin elektromaqnit sahəsini izləmək üçün “Yaogan-40-02” peykləri qrupunu uğurla orbitə çıxarıb.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.
Qeyd olunub ki, buraxılış Tayyuan kosmodromundan Pekin vaxtı ilə saat 21:27-də (Bakı vaxtı ilə 17:27) “CZ-6A” daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib. Bu, Çançjen seriyası raketlərinin 574-cü buraxılışıdır.
Modifikasiya edilmiş iki mərhələli “CZ-6A” 50 m uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla - kerosin və maye oksigen qarışığı ilə işləyir. Qeyd edək ki, 2024-cü ildə Çin 68 buraxılış həyata keçirib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay