Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) kollektivi Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

DGK-dan AZƏRTAC-a bildirilib ki, sonra Dövlət Bayrağı Meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Liderin həyat və fəaliyyəti, eləcə də gömrük orqanlarına tövsiyələrini əks etdirən videoçarxların nümayişindən sonra xidmətə yeni qəbul edilən 113 əməkdaş gömrükçü andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov mərasimdə çıxış edərək bildirib ki, gömrük əməkdaşlarının andiçmə mərasimi ənənəvi olaraq əlamətdar bir gündə, Ümummilli Lider Heydər Əliyevin doğum günündə keçirilir. Qeyd olunub ki, müstəqil respublikamızda bütün sahələrin, o cümlədən gömrük sisteminin də yenidən qurulması və inkişafı məhz Ulu Öndərin diqqət və qayğısı, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində mümkün olub.

Bildirilib ki, Ümummilli Liderin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan sürətlə inkişaf edir və gömrük orqanları da daim ölkəmizin tərəqqisinə öz töhfəsini verəcək.

Daha sonra digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışıb, onun əziz xatirəsinin daim yaşadılacağını bildiriblər.

Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin iştirakı ilə xüsusi kompozisiya nümayiş etdirilib.








Son xəbərlər

RZA MAHMUDOV - 90

“İranın buna ehtiyacı yoxdur” - Marko Rubio

VAQİF VÜQAR : TƏZADLI DUNYAM - FOTO

Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazanıb

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Yeni layihəsi bəlli oldu

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

“Konyaspor” son dəqiqə qolu ilə finala yüksəldi

LİLPAR CƏMŞİDQIZI : Cənnətin ətrin duyandan bitməyir ünvanə eşq - FOTO

ABŞ İrana məhdudiyyətlərdən yayınmağa kömək edən istənilən quruma sanksiya tətbiq edəcək

Gənc aktrisa Moskvada qəzada həlak oldu

"Kıskanmak"ın aktrisası yeni serialda - FOTO

Kim deyər ki, 32 yaşı var - FOTOLAR

“Navai” Moskvada qəzaya düşdü

Serialdan yenə gedir...

53 yaşında üçüncü dəfə ana oldu - FOTOLAR

Bakıda müğənni əməliyyatdan sonra öldü

Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR

Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi

QIZBƏS QƏBƏLƏ : Yurdun tarixidir İÇƏRİŞƏHƏR - FOTO

BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir

Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli - ŞƏRH

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031