Xəbərlər
29.04.2025, 00:22
Ukrayna XİN: Kiyev ABŞ-lə nadir torpaq mineralları üzrə sazişi tez imzalamaq istəyir
Ukrayna və ABŞ nadir torpaq mineralları üzrə sazişi imzalamağa doğru irəliləyir. Kiyev bunu mümkün qədər tez imzalamaq istəyir.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bunu “X” sosial şəbəkəsində Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxin bildirib.
O, Kiyevin sazişin imzalanmasında maraqlı olduğunu vurğulayıb: “Müqaviləni təsdiqləmək üçün hər iki tərəf üçün məqbul və faydalı olan şərtlər, eləcə də təfərrüatlar üzrə razılaşma lazımdır. Sənəd üzərində işləyən hər iki tərəfin komandaları müəyyən irəliləyiş əldə ediblər. O cümlədən, niyyət memorandumu imzalanıb. Müqavilə üzərində iş hər gün davam edir”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay