“Qarşılıqlı inam bizi daha da irəli aparır”.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri 12-ci dəfə Azərbaycan çempionu olan “Qarabağ” klubunun prezidenti Tahir Gözəl Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

O, komandanı və azarkeşləri növbəti uğurlu mövsüm münasibətilə təbrik edib:

“Qarabağ” daha bir möhtəşəm mövsümü arxada qoymağa yaxınlaşır. Komandamız Premyer Liqanın sonuna 4 tur qalmış ardıcıl 4-cü, tarixində 12-ci dəfə çempionluğu qazandı. Çempionatın qalibi adının finişə bir neçə tur qalmış qazanılmasına baxmayaraq, bu titulun asanlıqla əldə edildiyini demək olmaz. Çünki bütün rəqiblərimiz bizimlə oyunlara motivasiya ilə çıxır, əzmkarlıqla mübarizə aparırlar. Buna səbəb komandamızın ildən-ilə daha da inkişaf etməsi, Avropa səviyyəli kluba çevrilməsidir. Uğurlarımız artdıqca, rəqiblərimizin bizə qarşı motivasiyası da böyüyür. Çempionatdakı komandalar daha güclü olduqca, qarşılarında daha güclü “Qarabağ” görürlər. Qazanılan ardıcıl çempionluqlar, Avropadakı uğurlu nəticələr klub daxilində yaratdığımız birliyin nəticəsidir. Klubumuz üçün mənəvi dəyərlər daim ilk sırada olub. Bunun da sayəsində daim ön sıralarda yer almışıq. Komandamız dünya və Avropa reytinqlərində Azərbaycanın ən yaxşısı kimi möhkəmlənib. Üstəlik, bir sıra adlı-sanlı Avropa təmsilçilərini, ölkəmizdə yetərincə azarkeşi olan xarici klubları arxada qoymağı bacarır. Həm nəticələr, həm nüfuzlu reytinq siyahılarındakı mövqeyi ilə “Qarabağ” Avropada sayılıb-seçilən, hörmətlə yanaşılan kollektivlər sırasında yer alıb. Bütün bunlar da rəhbərliklə baş məşqçimiz Qurban Qurbanov başda olmaqla bütün klubun birgə əməyinin bəhrəsidir. “Qarabağ”da rəhbərlikdən, baş məşqçidən sıravi işçiyə kimi hamının arasında böyük mənəvi birlik var. Azərbaycan futbolu üçün rekord olan sayca 12-ci çempionluq münasibətilə İdarə Heyətini, Qurban Qurbanov başda olmaqla məşqçilər heyətini, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi “Qarabağ”la döyünən bütün azarkeşlərimizi təbrik edirəm”.

Tahir Gözel avrokubok mövsümü və növbəti hədəflərə də toxunub: “Çempionatda qazanılan titula qədər komandamız Avropada da sözünü dedi. Çempionlar Liqasında Bolqarıstanda “Ludoqorets” üzərindəki parlaq qələbə ilə pley-offa yüksələn “Qarabağ” növbəti dəfə bütün qitədə özündən söz etdirdi. Komandamız ardıcıl 11-ci dəfə qitə kuboklarının əsas mərhələsinə yüksəldi. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsində qitənin adlı-sanlı komandaları ilə 8 görüşə çıxan azarkeşlərini mübarizəsi, gözəl oyunu ilə həyəcanlandırdı. Rəqiblərimizdən altısının – “Tottenhem”, “Ayaks”, “Lion”, “Olimpiakos”, “Bodo Qlimt” və FCSB-nın növbəti mərhələyə adlaması nə qədər güclü komandalarla qarşılaşdığımızı göstərir. Üstəlik, növbəti dəfə rəqiblərimizdən biri avrokubokların finalında oynayacaq. “Tottenhem” və Norveçdə məğlub etdiyimiz “Budyo Qlimt” yarımfinala qədər irəliləyərək bu raundda üz-üzə gələcək ki, onlardan da biri həlledici görüşə vəsiqə qazanacaq. İstər Avropada, istər çempionatda qazanılan uğurlar komandamızı yeni hədəflərə səsləyir. Bizi Azərbaycan Kuboku uğrunda final matçı gözləyir. Bu görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. “Sabah” çox güclü komandadır. Finaldakı rəqibimiz yaxşı heyətə malikdir. “Sabah” ildən-ilə daha da güclənir. Əlbəttə, bu, futboldur. Biz də finala köklənmişik. “Qarabağ” daha bir titul qazanmağa, ardıcıl ikinci dəfə mövsümü “qızıl dubl”la bitirməyə çalışacaq. İndiyədək 8 dəfə ölkə kubokunu başı üzərinə qaldıran komandamız 9-cu uğuru əldə etmək istəyir. “Sabah” da avrokuboklara vəsiqə üçün bu qarşılaşmaya böyük önəm verir. Bu matçın azarkeşlər üçün gözəl futbol bayramına çevriləcəyinə inanırıq. Bundan sonra növbəti mövsümə hazırlığa böyük motivasiya və inamla başlayacağıq. Çempion adını yenidən qorumaq, Avropada tarixlər yazmağa çalışacağıq. Qarabağın adını qitədə həmişə layiqincə təmsil etmək ən vacib hədəflərimizdəndir. Biz bu adı daim məsuliyyətlə və layiqincə daşımışıq. Bu adın Azərbaycan üçün dəyərini dərk edirik və onu daha da yüksəklərə ucaltmaq üçün mübarizə aparacağıq. Komandamıza güvənirəm və inamım böyükdür. Komanda da mənə və rəhbərliyə inanır. Bu qarşılıqlı inam bizi daha da irəli aparır və aparmaqda davam edəcək”.

Son xəbərlər

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031