“Qarabağ”a sevginin azalmasını istəmirəm” - Qurban Qurbanov
“Hər bir uğurdan sonra məsuliyyətim daha da artır, növbəti ilə daha istəkli başlamaq, uğurlu nəticə istəyirəm. Əfsuslar olsun ki, bəzən bizim düşündüyümüz kimi alınmır. Planlaşdırmadığımız epizodlarla üzləşirik. Vacib oyunlarda qırmızı vərəqələr, vacib oyunlardan öncə əsas oyunçuların zədəli olması... Mənim üçün məşq prosesi çox vacibdir. “Qarabağ”a sevginin azalmasını istəmirəm. Azarkeşlər bəzən bizdən daha çox şey gözləyirlər. Amma bəzən bəzi nüanslar buna mane olur. Fikirləşməyin ki, biz tənbəlləşmişik, uğurdan doymuşuq. Hər şeyi gözəl başa düşürük. Mən və klub üçün çətindir”.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycanda ilin ən yaxşı baş məşqçisi seçilən “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov tədbirdə çıxışı zamanı deyib.

“Avropada “Qarabağ”a çox ciddi yanaşırlar. Bizim işimizlə çox maraqlanırlar ki, necə olub klub bu səviyyəyə çatıb. Əvvəl böyük klubların rəhbərliyi bir gün öncə vacib olduğu üçün bizimlə görüşürdülər, bu gün bizimlə hesablaşırlar. Bu klubun rəhbərliyini, işçilərimizi çox ciddi qarşılayırlar. Bakıda və ya səfərdə. Bütün rəqiblər çox ciddi hazırlaşırlar. Böyük klublara qarşı oynayırıq. Bəlkə məğlubiyyətlər bizə təcrübə verir. İş saatımızı daha da artırmaq lazım olduğunu bilirik. Futbolçulara deyirəm sadə oynamalı, epizodlara daha ciddi yanaşmalıyıq. Məğlubiyyətlər bunu göstərdi. Bu il oyunlarımızı analiz edirik. Builki qədər qol epizodu yaratdığımız sezonumuz olmayıb.

Futbol çox inkişaf edib. O qədər xırda detallar var, analiz edirik. Geridəyik. Amma buna baxmayaraq, sizləri sevindirməyə çalışırıq. Azərbaycan futbolunu klub səviyyəsində ən azından bu səviyyədə saxlamağa çalışırıq. İşləyirik. Tək özümüzü yox, sizləri - azarkeşləri düşünürük, xalqımızı düşünürük. Bu ilin sonuna yaxın nəticələrimiz zəif görünə bilər. Amma ili götürsək, 1/8 finala qədər yüksəldik. “Braqa”ya qarşı möhtəşəm oynadıq. Azarkeşlərimiz də Avropa futbolunun təcrübəsini yaşadılar. Bu da təcrübədir.

İnanın ki, bunu sevə-sevə edirəm. Sənətimi sevirəm. Çalışırıq ki, inamınızı qoruyub-saxlayaq. Digər məşqçilərə təşəkkür edirəm. “Zirə”ni deyə bilərəm, çox gözəl təcrübə yaşadılar. Rəşad Sadıqov və digər məşqçilər... Digər klublarımızda oyun sayı daha çox oldu. Avrokuboklarda oyun sayı artıb, yaxşıdır. Gələcəyə həmişə pozitiv baxıram. Daha yaxşı nəticələr əldə etməyə çalışacağıq ki, uğurlarımız daha çox olsun” - Qurban Qurbanov əlavə edib.

Son xəbərlər

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31