Xəbərlər
20.04.2025, 00:29
Zelenski Putinin atəşkəs təklifinə münasibət bildirib
Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.
"Əgər, həqiqətən də, tam sükut hökm sürürsə, Ukrayna bunu Pasxa günündən sonra da davam etdirməyi təklif edir", – o bildirib.
Zelenski əlavə edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin baş komandanının məruzəsinə əsasən, Rusiya cəbhənin bəzi bölgələrində hücum əməliyyatlarını davam etdirir: "Ukrayna Müdafiə Qüvvələri rasional hərəkət edəcək, eyni şəkildə cavab verəcək. Rusiyanın hər bir hücumuna cavab veriləcək", – Ukrayna lideri vurğulayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay