Xəbərlər
11.04.2025, 00:30
Gimnaziada: Azərbaycanın 3x3 basketbol yığmalarının növbəti mərhələdəki rəqibləri bəlli olub - FOTOLAR
Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3x3 basketbol yarışları davam edir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın qız və oğlan komandaları növbəti matçlarına çıxıblar.
Tatyana Deniskinanın baş məşqçisi olduğu qızlardan ibarət millimiz B qrupunda Çili 2-ni 12:1, Ukraynanı isə 16:14 hesabı ilə məğlub edib.
Zaur Paşayevin baş məşqçisi olduğu oğlan millimiz ilk qarşılaşmada Kosta Rikanı 19:5, Nepalı isə 18:10 hesabı ilə üstələyib.
Qızlardan ibarət yığma bundan əvvəl B qrupunda Serbiya-2-yə (18:0) qalib gəldikdən sonra Rumıniyaya (10:20) uduzsa da, Hindistan-1-i 21:1, Estoniyanı isə 9:7 hesabı ilə məğlub edib.
Oğlan komandamız daha əvvəl Meksikanı məğlub edib 11:8. Çili-1-ə 7:17 hesabı ilə uduzan milli Beninə 14:4 və Serbiya-2-yə 21:10 hesabı ilə qalib gəlib.
Bununla da oğlanlardan ibarət komanda qrupu 2-ci bitirib və 1/8 finalda Kosta Rikaya rəqib olub. Qadın millisi isə dördüncü olub. Rəqib 1/4 finalda Çin yığması olacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay