Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi İsiaka Abdulqadir İmam ilə görüşüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycanın D-8-ə üzvlüyündən irəli gələn əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. Nazir Ceyhun Bayramov D-8-in ötənilki sammiti çərçivəsində ölkəmizin Təşkilata üzv seçilməsinin Azərbaycanın artan regional və beynəlxalq nüfuzunun, habelə Təşkilat tərəfindən göstərilən etimadın təcəssümü olduğunu məmnunluqla qeyd edib. Üzvlüyümüzün öz növbəsində D-8-in tarixində ilk genişlənmə olaraq tarixə düşdüyü, öz növbəsində ölkəmizin təmsilçiliyinin, o cümlədən Təşkilatın coğrafiyasının genişlənməsində mühüm rol oynadığı qeyd edilib. Azərbaycanın bundan sonra da ikitərəfli əsasda, o cümlədən D-8 çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyi qeyd olunub. Tərəflər, eyni zamanda, D-8 çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, kommunikasiyalar, humanitar, təhsil və s. sahələr üzrə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu qeyd edərək, bu istiqamətdə gələcək planlar üzrə müzakirə aparıblar. Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

“Alovlu Keçi” ili gəlir: Nə vəd edir?

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü

Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031