Ankarada Xocalı soyqırımına həsr edilən mərasimlər keçirilir
Ankarada Xocalı soyqırımına həsr edilən mərasimlər keçirilir.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankara şəhərinin Keçiören bələdiyyəsinin birgə təşkilatçılığı ilə Kalaba meydanındakı Xocalı soyqırımı abidəsi qarşısında, soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş tədbir baş tutub.

Anım tədbiri şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin milli himnləri ilə başlayıb. Quran oxunmasının ardından çıxışlar edilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında Ermənistanın uzun illər türk millətinə qarşı apardığı soyqırımı və etnik təmizlik siyasətinə diqqət çəkib və Xocalı soyqırımının bu siyasətin davamı olduğunu qeyd edib. Səfir anım tədbirinin əhəmiyyətini vurğulayaraq, bu soyqırımın heç vaxt unudulmamalı olduğunu bildirib.

Keçiören bələdiyyəsinin sədri Məsud Özarslan Xocalı soyqırımının bəşəriyyətinin utanc səhifəsi olduğunu qeyd edərək, belə faciələrin bir daha yaşanmaması üçün türk dünyasının birliyinin zəruriliyini vurğulayıb. Türkiyə Böyük Millət Məclusinin üzvü Uğur Bayraqtutan “Bir millət – iki dövlət” olan Azərbaycan və Türkiyənin taleyinin bir olduğunu, soyqırımının Türkiyədə də heç bir zaman unudulmayacağını ifadə edib.

TÜRKSOY-un Baş katibi Sultan Rayev çıxışında təşkilatın türk xalqlarının ortaq yaddaşını qorumaq üçün fəaliyyətlərini qeyd edib və Xocalı soyqırımının türk dünyasının ortaq acısı olduğunu ifadə edib.

Tədbirin sonunda Qələbə meydanındakı Xocalı abidəsi önünə çələnglər qoyulub.

Səfirliyin və Qazi Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) birgə təşkilatçılığı ilə Türkiyənin köklü universitetlərindən olan Qazi Universitetində “XX əsrdə türklərə qarşı erməni zülmünün son nümunəsi: Xocalı soyqırımı” başlıqlı anım proqramı təşkil olunub.

Proqramda Xocalı soyqırımına həsr olunmuş qısa film nümayişinin ardından səfir R.Məmmədov, universitetin rektoru Uğur Önal, Keçiören bələdiyyəsinin keçmiş sədri Turqut Altınok və TDAM-ın müdiri Bülent Aksoy tərəfindən edilən açılış çıxışlarında Xocalı soyqırımının qanlı mahiyyəti barədə məlumat verilib.

Proqram professor Alev Çakmakoğlu Kurunun moderatorluğunda professor Mehmet Şahingöz və professor Toğrul İsmayılın iştirakı ilə panellə davam edib. Paneldə Xocalı soyqırımının siyasi və hüquqi yönlərinə toxunulub, bu qanlı faciənin XX əsrin əvvəllərində türklərə qarşı yürüdülən soyqırım siyasətinin tərkib hissəsi olduğu barədə məlumat verilib.

Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib.

Ankara Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Qızılay bölgəsindəki Metro sənət qalereyasında Xocalı soyqırımına həsr olunmuş sərginin açılışı olub.

Soyqırımının dəhşətlərinin əks olunduğu fotoşəkillərin sərgisinin açılış mərasimində Ankara Böyükşəhər Bələdiyyəsinin mədəniyyət şöbəsinin müdiri Ayça Çilek XX əsrdə Ermənistan tərəfindən həyata keçirilmiş bu soyqırımının dəhşətləri haqqında məlumat verib. O, Azərbaycan türklərinə qarşı bütün dünyanın gözü qarşısında reallaşdırılmış bu soyqırımının gələcək nəsillərə daha çox çatdırılmasının vacibliyini ifadə edib.

Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Xocalıda törədilmiş soyqırımının XX əsr boyunca ermənilər tərəfindən Cənubi Qafqazda və Anadoluda türklərə qarşı həyata keçirilən soyqırım siyasətinin nəticəsi olduğunu bildirib. O, soyqırımı törətmiş cinayətkarların cəzalarına çatmalarının vacib olduğunu vurğulayıb.

Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür

Müstəqil Azərbaycan 35 yaşında!

İran da Məkkə Sazişinə qoşulur?

Bu serial da final edir

Bu məhəllədə hamının soyadı eynidir

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

İNSANLARIN BƏZİLƏRİNƏ NİYƏ İNAM YOXDUR? YAXUD ONLARDA İNAMSIZLIQ HARADAN QAYNAQLANIR?

Atlaz Rzayi : Getmək istəsən - FOTO

AY QARDAŞIM BU GÜN SƏNİN DOĞUM GÜNÜNDÜR... - FOTO

20 dəqiqəyə ölüm hökmü verilən məşhur alim – “Bizim küçələr”

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Hicran Fuad Əhmədlinin "Qapımı döyən səs" adlı şeir kitabının və "Zülmətdən işığa doğru", "Qan qoxu" adlı hekayə kitablarının təqdimat mərasimi keçirildi - FOTOLAR

Pərvanə Zalamlı : Mənə sadiq yol yoldaşı ol ,ömrüm! - FOTO

Günel Bədəlova Federasiyanın vitse-prezidenti seçildi

Ərindən sonra qızını da itirdi - FOTOLAR

Eyni serialda baş rolu oynayacaqlar

AYDIN MEHRƏLİYEV – 80

Qızbəs QƏBƏLƏ : VAĞZALLAR ( Hekayə)

Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031