General güləşçiyə 100 minlik maşın nömrəsi hədiyyə etdi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevə 11 HA 111 avtomobil nömrəsi hədiyyə edib.

Ölkə.az xəbər verir ki, bu barədə veteran pəhləvan Teleqraf-a müsahibəsində deyib. O bildirib ki, həmin dövlət nömrə nişanı hazırda idarə etdiyi nəqliyyat vasitəsinin üzərindədir.

H.Əliyev bazar dəyəri təxminən 100 000 manat olan avtomobil nömrəsinin ona hədiyyə edilməsinin tarixçəsindən danışıb:

"İdmançılar, ümumiyyətlə, bütün məşhurlar və qeyri-məşhurlar, bir sözlə, hamı istəyər ki, maşınının gözəl nömrəsi olsun. Bakı-2015 I Avropa Oyunlarından sonra bir neçə idmançımız bu nömrə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdi. Bir çoxlarına da belə nömrələr hədiyyə olunmuşdu. Amma özüm getməmişdim. Düşünürdüm ki, yəqin, nə vaxtsa mənə də hədiyyə olunar. Bir neçə il öncə elə alındı ki, cənab general Ramiz Zeynalovun qəbulunda oldum, məni gözəl qarşıladı. Gözəl də dialoqumuz oldu. Düşünmürdüm ki, mənim haqqımda belə məlumatlı, idmana bu qədər həvəsli olsun. Biz orada bir saata yaxın yalnız idmandan danışdıq. Gördüm ki, Ramiz müəllim idmana həvəsli, məlumatlıdır. Bu gün elə vəzifəli şəxslər var ki, idman ona maraqlı deyil, həmin insanların tam fərqli düşüncəsi var. Amma Ramiz müəllimin idmanla yaxından maraqlanması məni sevindirdi. Orada bir epizod oldu: 2018-ci ildə Rusiyanın Mahaçqala şəhərində Avropa olduğum görüşdə 2:7 hesabı ilə geridə olduğum halda, nəticəni öz xeyrimə dəyişmişdim. Ramiz müəllim həmin görüşdən də danışdı. Gördüm ki, doğrudan da idmana nə dərəcədə həvəslidir".

Məşhur idmançı Beyləqan seriyalı nömrəni seçmə səbəbini də açıqlayıb:

"Bu nömrə Beyləqan rayon seriyalı olsa da, özüm 1 rəqəmini xoşlayıram. Çox adam məni görəndə soruşur ki, beyləqanlısan? (gülür - red.). Hansı rəqəmi istəsəydim, onu hədiyyə edəcəkdilər. Mən də 1 rəqəmini xoşladığımdan, 11 HA 111 nömrəsini hədiyyə etdilər. O vaxtdan da o nömrədəyəm, maşınlarımı dəyişsəm də, o, dəyişməz qalır. Hər kəs, yol polisləri də məni bu nömrə ilə tanıyırlar. Düzdür, belə də tanıyırlar, amma nömrə daha tez gözə çarpdığı üçün sükan arxasında mənim oturduğumu bilirlər".

Son xəbərlər

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏNƏVİ TƏRBİYƏ NƏDİR? ONA ƏMƏL OLUNURMU?

“Nursema” qayıdır?

“Qızımın toyuna görə təqaüdə çıxa bilmirəm”

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031