
Xəbərlər
23.01.2025, 15:38
Bakı-Sumqayıt yolunda avtomobil aşdı - Foto

Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Sumqayıt yolunda minik avtomobilləri toqquşub. Nəticədə maşınlardan biri aşıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, baş vermiş qəza səbəbindən “Xırdalan” dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb: “Yol polisi əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay