Meymunçiçəyi virusu (Monkeypox) ilə bağlı ilk yoluxma faktı ölkəmizdə qeydə alınıb. - FOTO
Təcili yardım həkimi,
Fətullayeva Pərvanə


Meymunçiçəyi, Orthopoxvirus cinsinə aid olan zoonotik bir virusdur. İlk dəfə 1958-ci ildə meymunlar arasında aşkarlanıb, lakin insanlarda ilk yoluxma halı 1970-ci ildə qeydə alınıb.
COVID-19-dan fərqləri;

1. Yayılma yolları:
COVID-19 daha çox hava-damcı yolu ilə sürətlə yayılır.
Meymunçiçəyi əsasən yaxın təmas, yoluxmuş şəxsin dəri səpgiləri ilə təmas, bədən mayeləri və ya yoluxmuş əşyalar vasitəsilə ötürülür.
2. Yoluxma sürəti: Meymunçiçəyi COVID-19 qədər yoluxucu deyil və daha lokal yayılma göstərir.
Meymunçiçəyinin inkubasiya dövrü 6-13 gün arasında dəyişir (bəzi hallarda 21 günə qədər). Əlamətlər:
Yüksək hərarət
Güclü baş ağrısı
Limfa düyünlərinin şişməsi (COVID-19-da bu simptom yoxdur)
Əzələ ağrıları və ümumi halsızlıq
1-3 gün sonra səpgilər: ilk növbədə üz, daha sonra bədənə yayılan vezikulyar və pustulyar səpgilər.
Proqnoz və Risk Qrupları
Xəstəlik əksər hallarda yüngül keçir, lakin risk qrupundakı şəxslərdə (uşaqlar, immuniteti zəif olanlar) ağırlaşmalar yarana bilər. Ölüm səviyyəsi 1-10% arasında dəyişir və əsasən virusun mərkəzi Afrika ştammlarında daha yüksəkdir.
Təcili Tibbi Yardımın və ilkin səhiyyə xidmətinin taktikası
1. Diaqnoz:
Klinik simptomlara əsasən ilkin diaqnoz qoyulur.
Dəqiqləşdirmə üçün laboratoriya müayinələri (PCR və ya elektron mikroskopiya) tələb olunur.
2. Təcrid tədbirləri:
Yoluxmuş şəxslər dərhal təcrid edilməli, tibb işçiləri fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər.
3. Simptomatik müalicə:
Hərarətin və ağrıların idarə olunması.
İkincili bakterial infeksiyaların qarşısının alınması üçün antibiotiklər (zəruri hallarda).
4. Əlaqələrin izlənməsi: Potensial yoluxan şəxslər izlənməli və 21 gün ərzində müşahidə edilməlidir.
Profilaktik Tədbirlər
Yoluxmuş şəxslərlə təmasdan çəkinin.
Şəxsi gigiyena qaydalarına ciddi riayət edin.
Meymunçiçəyi əleyhinə peyvəndlər mövcuddur (ənənəvi çiçək peyvəndləri müəyyən (85%) qorunma təmin edir).
Meymunçiçəyi hal-hazırda COVID-19 qədər böyük qlobal təhlükə deyil, lakin düzgün yanaşma və məlumatlandırma xəstəliyin yayılmasının qarşısını ala bilər. Tibb mütəxəssisləri və əhali ehtiyatlı olmalı, gigiyena və təcrid qaydalarına əməl etməlidir.

Meymunçiçəyi virusu (Monkeypox) ilə bağlı ilk yoluxma faktı ölkəmizdə qeydə alınıb. - FOTO
Meymunçiçəyi virusu (Monkeypox) ilə bağlı ilk yoluxma faktı ölkəmizdə qeydə alınıb. - FOTO
Meymunçiçəyi virusu (Monkeypox) ilə bağlı ilk yoluxma faktı ölkəmizdə qeydə alınıb. - FOTO

Son xəbərlər

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏNƏVİ TƏRBİYƏ NƏDİR? ONA ƏMƏL OLUNURMU?

“Nursema” qayıdır?

“Qızımın toyuna görə təqaüdə çıxa bilmirəm”

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031