"Xəstəliyi haqqında heç kimə deməyib" - Çimnazın ölümündən danışdılar
Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova yanvarın 15-də dünyasını dəyişib.

Turaztv.az xəbər verir bu gün ad günü olan aktrisanın məşhurlaşdığı "Vicdan haqqı" serialında tərəf müqabili olduğu aktyor Elxan Yunis "Unikal"a açıqlamasında bildirdi ki, o da bu barədə məlumatı az öncə çəkiliş zamanı alıb:

"Biz ancaq çəkiliş meydançasında görüşürdük. Bu dəqiqə soruşsanız, heç onun yaşını deyə bilmərəm.
O serialdan sonra mən də, o da ayrı-ayrı yerlərdə çəkilişlərdə olmuşuq, heç bir əlaqəmiz olmayıb. Xəbəri az öncə eşitdim. Rəhmətə gedibsə, çox heyf! Həqiqətən çox pis oldum. Allah rəhmət eləsin!"

Aktyor Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı verilən suala da cavab verib: "Bir dəfə eşitməmişəm o desin ki, xəstəyəm, ağrıyıram və s. Həmin vaxtlar elə bir şey yox idi. Xəstə olsaydı, çəkilişlərə gəlməzdi. Mən xəstə olsaydım, bu barədə tərəf müqabilimə deməzdim axı. Yəqin o da deməzdi".

Aktrisa Sonaxanım Əliyeva isə bildirdi ki, Çimnaz Sultanova ilə yaxın əlaqələri olub: "Daim dostluq münasibətlərimiz olub. Mən onun heç bir xəstəliyi haqqında eşitməmişəm, heç özü də şikayətlənməyib.

Mən inanmaq istəmirəm ki, ona nəsə olub. Çünki o, həmişə həyat eşqi ilə yaşayıb, həyat dolu bir xanım olub.

Sonuncu dəfə bir neçə ay əvvəl əlaqə saxlamışıq. Novxanıda bağ evinə köçmüşdü, mənim də serial çəkilişlərim var. Ona görə başımız biraz qarışıq idi. Bildiyiniz kimi, bu gün həm də onun ad günüdür".

Aktrisa həmçinin qeyd edib ki, Ç.Sultanova dostlarına belə öz yaşını açıqlamayıb: "Heç birimizə deməyib. Bu günə qədər onun şəxsiyyət vəsiqəsini belə görə bilməmişik.

O, oğlunu Almaniyaya göndərmişdi, atası ilə Almaniyada yaşayır. O, oğlu ilə nəfəs alırdı. Ona görə Çimnaz Almaniyaya gedib-gəlirdi".

Nuranə Abbasova

Son xəbərlər

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı

Görməni bərpa edən çip ilk pasiyentə implantasiya edildi

Türkmənistan Prezidenti Bakıya gəldi

Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031