“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin birinci kitabı oxuculara təqdim edilib
Azərbaycan Dövlət Nəşriyyatı (“Azərnəşr”) “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinə başlayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, çoxcildliyin birinci kitabına Ulu Öndər Heydər Əliyevin xalqın istəyi və tələbi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993-cü ildə çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. daxil edilib. Kitabda yer alan materiallar 1993-cü ilin iyunundan oktyabrınadək olan dövrü əhatə edir. Bu materiallarda həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər müdrikliklə, obyektiv şəkildə təhlil olunur. Kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə təcrübəsi əksini tapıb, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilib.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ictimai-siyasi fəaliyyətinin 1993-cü ilin iyunundan sonrakı dövrünü əhatə edən “Müstəqilliyimiz əbədidir” kitabı ilk dəfə “Azərnəşr” tərəfindən 1997-ci ildən başlayaraq 46 cilddə nəfis tərtibatda nəşr edilib. Çoxcildlik respublika ictimaiyyətinə yaxşı məlumdur. Cildlərin xronoloji ardıcıllıqla təqdim edilməsi tədqiqatçılar üçün geniş imkanlar yaradır. Kitablarda Heydər Əliyevin müxtəlif ölkələrə səfərləri, sammitlərdə iştirakı, görüşləri, bəyanatları, məktubları, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mühüm çıxışları, Azərbaycana gələn xarici ölkə rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlarla görüşləri zamanı çıxış və nitqləri təqdim olunub və bütün bunlar o dövrün öyrənilməsi üçün dərs vəsaiti kimi qəbul olunur.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından ruhlanan “Azərnəşr”in kollektivi “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyini təkrar nəşr edib oxuculara çatdırmağı qarşısına məqsəd qoyub. Təkrar nəşrin səbəbi cəmiyyətin bütün təbəqələrindən olan insanların - gənclərin, tələbələrin, tədqiqatçıların, elm adamlarının, dissertantların, politoloqların, iqtisadçıların - bir sözlə, çoxminli oxucu kütləsinin istəyi və tələbatıdır. İnanırıq ki, bu kitabı incəliklərinə qədər öyrənərək mənimsəyən Azərbaycan vətəndaşları qətiyyətlə və məsuliyyətlə deyəcəklər: “Heydər Əliyevin hər bir əsəri dərslikdir - vətəndaşlıq, dövlətçilik və Vətənə sevgi dərsliyi”.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Son xəbərlər

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031