Orxan Mahmudlu: "Dövlət qurumları və özəl şirkətlər COP29 zolaqlarından istifadə üçün müraciət etməsinlər"
Dövlət qurumları, özəl şirkətlər, biznes subyektləri və digər hüquqi şəxslər əsası olmadan COP29 zolaqlarından istifadə icazəsi, xüsusi stikerlər və nəqliyyatın buraxılış və parklanma icazələri üçün müraciət etməməlidirlər.

"Turaztv.az" "Report"-a istinadən xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

O. Mahmudlu bildirib ki, yalnız xüsusi xidmət və tədbir avtomobillərinə, eləcə də ictimai nəqliyyat vasitələrinə bu zolaqlardan istifadə imkanı yaradılacaq: "Noyabrın 1-dən bu zolaqlarda hərəkət üçün xüsusi avtomobillərə stikerlər və buraxılış-parklanma icazələri verilib və bu icazələr yalnız COP29 Əməliyyat Şirkəti tərəfindən təmin edilir. Digər qurumların bu məsələlərlə bağlı müraciət etməmələri xahiş olunur; alternativ yolların mövcudluğu onların istifadəsini mümkün edir".

Qeyd edək ki, noyabrın 1-dən etibarən COP29-a görə 26 küçə və prospekt – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində xüsusi zolaqlar təşkil edilib və onlara daxil olmaq qadağan olunub.

Son xəbərlər

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031