Pensiya gecikir, banklar cərimə yazır
Son günlər ölkədə pensiyaların verilməsi ilə bağlı problem özünü göstərir.

Belə ki, pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda ayın 15-i verilirdi. Ancaq Dövlət Sosial Müdafiə Fondunun son rəsmi açıqlamasında bildirilir ki, bundan sonra Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödəniləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli pensiyalarla bağlı qrafikin dəyişməsinə münasibət bildirib. Deputatın fikrincə, pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsi narazılıq yaradan hərəkətdir:
Pensiya gecikir, banklar cərimə yazır

“Çünki əvvəlki qrafikə görə pensiyalar Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda ayın 15-i verilirdirsə və insanlar da buna uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdılarsa və onların kartları birbaşa həmin tarix kreditlərin ödənilməsinə yönəldirilirdi”.

Deputat deyib ki, bir sıra hallarda pensiyalar vətəndaşın ailəsinin yeganə gəlir mənbəyidirsə, belə bir vəziyyətdə qrafikin dəyişilməsi düzgün deyil:

“Ona görə də pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir. Yox, əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə və bundan sonra pensiyaların verilməsinə maliyyə-mühasibat baxımındandan yanaşılacaqsa, onda təklif edirik ki, son 3 aya qədər bir qayda olaraq həmişə Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiya alıb kreditlərini ödəyən pensiyaçıların kredit ödəmə tarixi, pensiya verilən yeni günə transformasiya olunsun.

Yaxşı olar ki, banklar pensiyaçılara və onların yaxın qohumlarına zəng edərək onlara mənəvi-psixoloji zədələr vurmasınlar və diskonfort yaratmasınlar. Banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsin.Yəni banklar onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın və tətbiq etməsin. Onsuz da pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin.

Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat onunçün böyük puldur.Bir də ki, pensiyaçı təqsiri olmayan səbəblərə görə pulunun bir hissəsini niyə itirməlidir ki?..”

Beləliklə, artıq əvvəlki tarixdə pensiya ala bilməyən təqaüdçülərin kredit ödənişi ilə bağlı yaranmış problem necə həll olunmalıdır?

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”a bildirib ki, əslində bu gün pensiya ilə bağlı problem var:
Pensiya gecikir, banklar cərimə yazır

“Nəzərə almaq lazımdır ki, təqaüdçülərə kreditlə bağlı hər gün faiz gecikmələri hesablanır. Təqaüdçülər uzun illərdir ki, eyni qrafiklə pensiya alır və onlar buna uyğun olaraq banklarla müqavilələr imzalayırdılar. Banklar da avtomatik olaraq pensiyalar köçdükdən sonra həmin vəsaiti təqaüdçülərin hesabından tuturdu. Yəni sistem avtomatik işə düşürdü. İndi yeni qrafik tərtib olunub. Hələlik Dövlət Sosial Müdafiə Fondu açıqlama verməyib ki, bu, texniki məsələdir, yoxsa bundan sonra beləmi olacaq.

Yəni, heç kim bilmir ki, pensiya əvvəlki qrafiklə, yoxsa artıq DSMF-nin tərtib etdiyi yeni qrafiklə veriləcək. Ona görə ortada ciddi tərəddüd var. Təqaüdçülərə ciddi ziyan dəyir. Onsuz da onlar pensiyalarını dərmana, müalicəyə və digər xərclərə sərf edirdilər. Bunun üçün kredit götürmək məcburiyyətində qalmışdılar. Əhalinin ən kövrək sosial təbəqəsi hesab olunan təqaüdçülər üçünödənişlərin bir neçə gün gecikməsi ciddi problemlər yarada bilir”.

Ekspert bildib ki, bu, yalnız bank kreditləri ilə bağlı deyil:

“Digər kommunal ödənişlər. Bir həftə gecikmə çox ciddi sosial problemlər yaradır. Ona görə də bu məsələ barədə DSMF ilə ölkənin iki böyük bankı arasında müəyyən danışıqlar aparılmalıdır. Yeni qrafikə uyğun olaraq ortada 7- 10 günlük fərq yaranır. Həmin 10 günə ya yeni qrafik açıla, ya da banklar bununla bağlı qərar verərək dövr ərzində gecikməyə görə təqaüdlərə əlavə faiz cərimələri hesablamaya bilər.

Bu, çox sadə bir mexanizmdir. Onun üçün DSMF əsas iki banka müraciət edərsə, müsbət qarşılana bilər. Əgər köhnə qrafikə dönüş olmayacaqsa, məsələ texniki problem deyilsə, banklarla razılaşmaq lazımdır ki, vətəndaş əziyyət çəkməsin. Bunun çıxış yolu çox sadədir. Düşünürəm ki, bununla bağlı yaxın günlərdə müsbət qərar verilə bilər”.

Ekspert nümunə də göstərib:

“Anam müalicəsi üçün bankdan kredit götürmüşdü. Neçə illər idi ki, pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya hesaba köçən kimi pulunu tuturdu. Qrafik dəyişib, pensiyalar gecikir. Hər günə 1.20 AZN faiz cərimə hesablanır”.

Son xəbərlər

Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH

Qazini cərəyan vurub öldürdü - Foto

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

AzTU-da elektron diplomların verilməsinə başlanıldı: Rektor ilk diplomları imzaladı

Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı

“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031