Qobustan Milli Tarix-Bədii Qoruğu Qazaxıstanın Tanbalı Muzey-Qoruğu ilə birgə seminar keçirib - FOTO
Qobustan Milli Tarix-Bədii Qoruğu və Qazaxıstan Respublikasının Tanbalı Dövlət Tarix- Mədəniyyət və Təbiət Muzey-Qoruğu arasında imzalanmış "Qarşılıqlı Əməkdaşlıq Memorandumu”na əsasən Qobustan Milli Tarix-Bədii Qoruğunda "Qayaüstü təsvirlər-bəşəriyyətin ortaq irs abidələri kimi" mövzusunda elmi seminar keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, seminarda hər iki qoruq ərazisində yerləşən abidələrin vəziyyəti, qorunması, bərpası və konservasiyası ilə bağlı görülən işlər barədə mühazirələr dinlənilib, elmi tədqiqatların nəticələri, mədəni irs nümunələrinin qorunmasının təşkili strategiyaları və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi, konservasiyası və bərpası mövzusunda birgə konfransların, seminarların, treninqlərin keçirilməsi yönündə məsləhətləşmələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, digər qoruq və muzeylərin əməkdaşları iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb, belə tədbirlərin xalqlar arasında dostluq və əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Qazaxıstan Respublikasının Tanbalı Dövlət Tarix- Mədəniyyət və Təbiət Muzey-Qoruğunun direktoru Bibigül Dandıqaraeva Tanbalı abidələri, qoruq-muzeyin fəaliyyəti barədə məlumat verib, birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsini, geniş təcrübə mübadiləsinin aparılmasını və mədəni-maarifləndirici layihələrin həyata keçirilməsini nəzərdə tutan "Qarşılıqlı əməkdaşlıq memorandumu"nun əhəmiyyətindən danışıb, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Qobustan abidələrinin tədqiqatçısı tarix üzrə fəlsəfə doktoru, arxeoloq İdris Əliyev dövrü olaraq burada aparılan qazıntılar və əldə olunmuş maddi mədəniyyət nümunələri haqqında məlumat verib.

Seminar çərçivəsində Tanbalı abidələrini əks etdirən fotosərgiyə baxış keçirilib.

Sonda iştirakçılar üçün qoruğa ekskursiya təşkil olunub.
Qobustan Milli Tarix-Bədii Qoruğu Qazaxıstanın Tanbalı Muzey-Qoruğu ilə birgə seminar keçirib - FOTO
Qobustan Milli Tarix-Bədii Qoruğu Qazaxıstanın Tanbalı Muzey-Qoruğu ilə birgə seminar keçirib - FOTO
Qobustan Milli Tarix-Bədii Qoruğu Qazaxıstanın Tanbalı Muzey-Qoruğu ilə birgə seminar keçirib - FOTO
Qobustan Milli Tarix-Bədii Qoruğu Qazaxıstanın Tanbalı Muzey-Qoruğu ilə birgə seminar keçirib - FOTO

Son xəbərlər

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031