İşçiyə maaş nə vaxt verilməlidir?

Adətən aldığımız məhsul və xidmətlərin dəyərini onlardan istifadəyə başlamamışdan əvvəl ödəməli oluruq. Hətta onların keyfiyyətli olub-olmadığından əmin olmadan belə.

Bəs əməkhaqqını necə, əvvəlcədən almaq mümkündür? Ümumiyyətlə, işçiyə maaş nə vaxt verilməlidir? Qanunla əməkhaqqı ödənişinin gecikdirilməsinə görə məsuliyyət nəzərdə tutulub?

Aydın məsələdir ki, şəxs əməkhaqqını vaxtında aldıqda planlaşdırdığı xərcləmələrini etmək və ya borclarını vaxtında ödəmək imkanı əldə edir. Ödənişlərini vaxtında edə bilməmək isə şəxsi planlaşdırdığı xərcləmələrdən məhrum etməklə yanaşı, əlavə zərərə (ödənişin gecikməsinə görə əlavə cərimə faizləri) gətirib çıxara bilər.

Əmək Məcəlləsinin 172-ci maddəsinə görə, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Lakin kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
İşçiyə maaş nə vaxt verilməlidir?

Məcəlləyə görə, əməkhaqqının verilməsi günü istirahət, iş günü hesab edilməyən bayram, səsvermə, həmçinin ümumxalq hüzn günlərinə təsadüf etdikdə, o həmin günlərdən əvvəlki gündə verilməlidir.

Bundan başqa, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün almalıdır.

Eyni zamanda, işçinin əmək kitabçasının əmək müqaviləsinə xitam verildiyi gün verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə digər müəssisədə işə düzələ bilmədiyi bütün müddət üçün orta əməkhaqqı ödənilməlidir.

Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində isə deyilir ki, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq, işçiyə əməkhaqqını müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əməkhaqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

Qanunvericiliyə görə, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc (əlavə ödəniş) verilməlidir. Məsələn, işçinin aylıq əməkhaqqısı 1000 manatdır. İşəgötürənin təqsiri üzündən ödəniş 20 gün gecikərsə işçiyə əməkhaqqı ilə yanaşı, 200 manat da ödənc verilməlidir.
İşçiyə maaş nə vaxt verilməlidir?

Burada “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əməkhaqqının ödənilməsi nəzərdə tutulur. Bank tərəfindən əməliyyatların düzgün aparılmaması, müəssisəyə olan borcların ödənilməməsi nəticəsində işçilərin əməkhaqqını vaxtında verməyə işəgötürənin imkanı olmadığı hallar isə bura aid edilmir.

Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında deyilir ki, əməkhaqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Yəni, “hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

Qərarda bildirilir ki, əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əməkhaqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əməkhaqqını ödəməli olduğu barədə razılığa gəlirlər.

Qanunvericiliyə görə, işçi əməkhaqqı ödənişi ilə bağlı hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. (“Qafqazinfo”)

Son xəbərlər

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

“Yeraltı”dan ayrıldı

7 ildir münasibətdə olan məşhur cütlük evlənir - FOTOLAR

Modellikdən sonra filmə çəkilir...

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930