Xəbərlər
15.07.2024, 01:30
Trampa sui-qəsd cəhdindən sonra Bayden Texas səfərini təxirə salıb
ABŞ prezidenti Cozef Bayden ölkənin keçmiş lideri Donald Trampın Pensilvaniyada keçirilən mitinqdə atəşə tutulmasından sonra iyulun 15-nə planlaşdırılan Texas səfərini təxirə salıb.
Turaztv.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident əvvəlcə bazar ertəsi, iyulun 15-nə planlaşdırılan Texas səfərinin vaxtını dəyişdirir”, - deyə məlumatda bildirilib.
Bundan əvvəl Bayden milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirib və ona Trampa sui-qəsd cəhdi ilə bağlı yeni məlumatlar verilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay