İranın Azərbaycandakı səfiri ATU-da olub
İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Cavad Cahangirzadə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli arasında görüş keçirilib.

Azərbaycan Tibb Universitetindən APA-ya bildirilib ki, görüşdə rektor G.Gəraybəyli ATU-nun ölkə uniersitetləri arasında əcnəbi tələbə sayına görə birinci yerdə olduğunu qeyd edib: "Bizdə 6000-ə yaxın tələbə təhsil alır. Onlardan 2404-ü xarici vətəndaşlardır. Bizim İranın bir çox universitetləri ilə sıx əlaqələrimiz var. Amma mən istərdim ki, bu əlaqələr təkcə tələbə mübadilələri və ya birgə tədbirlərin keçirilməsi ilə yekunlaşmasın, həmçinin gələcəkdə birgə elmi işlərin aparılmasında, tələbələrin elmi işlərə cəlb olunmasında da rolu olsun. Biz universitet olaraq, xarici tələbələrin rahatlığı üçün qəbul qaydalarını da dəyiişdik. Tam şəffaf olan skype intervu sisteminə keçdik, keçid şərtləri, balları qoyduq”.

Rektor Gəray Gəraybəyli ATU-da ümumi 784 nəfər iranlı vətəndaşın təhsil aldığını qeyd edib. Onlardan 562-si tələbə, 211-i hazırlıq kurs dinləyicisi, 11-i rezidentlərdir.

İran Islam Respublikasının Azərbaycandaki səfiri Cavad Cahangirzadə bildirib ki, Gəray Gəraybəyli rektor təyin edildikdən sonra universitetdə ciddi dəyişikliklər hiss olunur: "Bizə gələn tələbə, valideyn şikayətləri olduqca azalıb, hətta yox səviyyəsindədir. Buna görə sizə təşəkkür edir və köməklik etmək istəyirik".

İranda olduqca inkişaf emiş universitetlər, klinikalar olduğunu deyən səfirin sözlərinə görə, İrandan Azərbaycanda 800 tələbə təhsil alır ki, onların da 784-ü ATU-dadır. Səfir diplomların tanınması üçün bir sıra addımlar atıımasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, görüşdə İran islam Respublikasının Azərbaycandaki səfirinin müavini Yusif Kordi, ATU-nun ümummi işlər üzrə prorektoru Tahir Vəliyev, beynəlxalq əlaqələr ürə prorektoru, dosent Orxan İsayev, xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov da iştirak edib.

Son xəbərlər

İstidə ürək dayanmasına aparan əlamətlər – Bədən təhlükəni əvvəlcədən belə bildirir

Jurnalistika ilə yaşlanmaq...

Trampın təhdidlərinə İrandan cavab

Həsən Bəy Zərdabi kimdir? - Bu günümüzdə imzası olan əfsanə

Səhvən sevgilisinin şəklini paylaşdı - Foto

Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar

22 İYUL – MİLLİ MƏTBUAT GÜNÜ: SÖZDƏN SÜNİ İNTELLEKTƏ UZANAN YOL VƏ AZƏRBAYCANIN İNFORMASİYA DİPLOMATİYASI

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib

Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH

Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

TƏBİB-də yeni - Təyinat

“Yüksəliş” müsabiqəsində 30 yaşadək qaliblər üstünlük təşkil edir

IV kurs tələbəsi vəfat etdi

Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldü

Elnarə Abdullayevaya ağır itki

Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb

“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

RÜFƏT MÜƏLLİM, SİZƏ HEYRAN OLDU BU CAHAN...

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib

"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031