Xəbərlər
29.04.2024, 00:16
Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan çempionatının oyununu idarə edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, Superliqada “Panatinaikos” və “Aris” komandaları arasında keçirilən matçda ədaləti qoruyub.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos olub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə yetirib.
Görüş Fatih Terimin başçılıq etdiyi "Panatinaikos"un minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu 2-ci dəqiqədə Alvaro Zamora vurub. Ə.Ağayev oyun ərzində ümumilikdə 11 futbolçuya sarı vərəqə göstərib. Vərəqələrdən 5-i meydan sahiblərinin, 6-sı isə qonaqların payına düşüb.
Qeyd edək ki, bu nəticədən sonra 71 xalı olan "Panatinaikos" 3-cü, 52 xalı olan "Aris" isə 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay