Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb


Milli Məclisin aprelin 23-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

4. “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. “Dərman vasitələri haqqında” qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

7. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi (ikinci oxunuş).

8. “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

9. “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

10. Vergi, Gömrük məcəllələriə, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).

11. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsi (birinci oxunuş).

12. “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

13. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik layihəsi (birinci oxunuş).

14. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

15. Mülki Prosessual, Ailə məcəllələrinə və “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

16. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

17. Əmək və Mülki məcəllələrə dəyişiklik layihəsi (birinci oxunuş).

18. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

Son xəbərlər

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin tarixi açıqlanıb

“Maykl”dan 217 milyon dollarlıq - Kassa rekordu

"QOŞMA" ƏDƏBİ MƏCLİSİ HÜSEYN SÖZLÜ İLƏ - FOTOLAR

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Kral III Çarlz Ağ Evdə Donald Trampla görüşüb

Tapdıq Əlibəyli - 65 ONUN BÖYÜK ÜRƏYİ - FOTO

DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR ÜRƏK SAHİBLİ ŞAİR - FOTOLAR

OXUCUNU POETİK SÖZÜN CAZİBƏSİNƏ SALAN ŞAİR - FOTO

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib

Ağ Ev: Şənbə günü baş verən hadisə Trampa qarşı sui-qəsd cəhdi olub

“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” - Rəşad Sadıqov

Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

Şakiranın konsertindən əvvəl bədbəxt hadisə

Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib

"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub

Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib

✍ Sevil Azadqızı : GÜNÜMÜZDƏ ƏDƏBİYYATIN GƏLƏCƏYİ HAQQINDA DÜŞÜNÇƏLƏRİM - FOTO

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930