Bakının bəzi memarlıq abidələri və müasir üslubda inşa olunmuş binaları mavi işıqla işıqlandırılıb
Aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, autizm həyatın ilk üç ilində özünü göstərən və cinsdən, irqdən və ya sosial-iqtisadi statusdan asılı olmayan qalıcı neyroinkişaf pozulmasıdır. BMT autizm spektr pozuntusundan əziyyət çəkən insanlara kömək etmək və onların həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə bütün dünyada aprel ayını Dünya Autizm Maarifləndirmə Ayı, 2 aprel tarixini isə Dünya Autizm Maarifləndirmə Günü elan edib.

Hazırda autizm spektr pozuntusu olan insanlar dünya əhalisinin təxminən 1 faizini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, autizmli uşaqların sayı hər il 13 faiz artır. Autizm spektr pozulmalarının səbəbləri hələ də araşdırılır, lakin bunun əsas səbəbinin genetik və ekoloji, yəni irsiyyət və ətraf mühit faktorları olduğu deyilir.

Aprelin 2-ni ixtisaslaşmış dövlət və ictimai təşkilatlar autizmlə bağlı məlumatların yayılmasına, məsələn, mühazirələrin keçirilməsinə və ya bukletlərin nəşrinə həsr edirlər. Həmçinin hər il müəyyən mövzuya həsr olunan gün çərçivəsində autizmli insanların qəyyumluq, müstəqillik və hüquq qabiliyyəti məsələləri ilə bağlı strategiya və yanaşmaların müzakirəsi məqsədilə konfranslar keçirilir.

Son illərdə Azərbaycanda uşaqlarda erkən yaşlarda başlayan autizm spektr pozuntusuna diqqətin artırılması istiqamətində geniş addımlar atılır. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, yerli media, bir sözlə cəmiyyətin müxtəlif quruluşlarının nümayəndələrinin diqqətini autizmə cəlb etmək, dövlət dəstəyi mexanizmlərini hazırlamaq üçün qüvvələrini səfərbər ediblər.

“Birgə və Sağlam” İctimai Birlik dövlətin bu istiqamətdə gördüyü işlərə dəstək məqsədilə autizm spektr pozuntusu olan şəxslərin təhsili, cəmiyyətə inteqrasiyası, ailələrin dəstəklənməsi və ictimaiyyətin maarifləndirilməsi sahəsində daim tədbirlər keçirir. İndiyədək bir sıra dövlət və özəl qurumların dəstəyi ilə bir çox maarifləndirmə tədbirləri həyata keçirilib. Həmin tədbirlər autizmin simvolik ayı hesab olunan apreldə daha intensiv şəkildə olur. Bu il də ictimai birlik ənənəyə sadiq qalaraq aprel ayını bir sıra tədbirlərlə qeyd edəcək.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-ın “Autism Speaks” təşkilatı tərəfindən başladılan və indiyədək 6 qitə, 136 ölkə və 600 şəhərdə icra edilən “Mavi işıqla işıqlandır” (Light It Up Blue) layihəsinə Azərbaycan da ən yüksək səviyyədə dəstəyi ilə qoşulub. Bu il də bu layihənin reallaşmasında təşkilata Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi, Regional İnkişaf İctimai Birliyi dəstək verir. Layihə çərçivəsində Bakının görkəmli inşaat obyektləri və memarlıq abidələri mavi rənglə işıqlandırılaraq cəmiyyətə çağırış edilir. Ötən illərdə olduğu kimi aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal”, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi kimi obyektlər və memarlıq abidələri mavi rənglə işıqlandırılıb.
Bakının bəzi memarlıq abidələri və müasir üslubda inşa olunmuş binaları mavi işıqla işıqlandırılıb
Bakının bəzi memarlıq abidələri və müasir üslubda inşa olunmuş binaları mavi işıqla işıqlandırılıb
Bakının bəzi memarlıq abidələri və müasir üslubda inşa olunmuş binaları mavi işıqla işıqlandırılıb

Son xəbərlər

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO

Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO

Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031