Xəbərlər
31.01.2024, 20:35
Azərbaycan regionun ən böyük oyun festivalına ev sahibliyi edəcək
Mayın 31-dən iyunun 2-dək Bakıda regionun ən böyük oyun festivalı olan “GameSummit Baku 2024”ün keçirilməsi planlaşdırılır.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə qabaqcıl virtual reallığa böyük diqqət yetiriləcək.
Bundan əlavə, yerli oyun tərtibatçılarının ən son nailiyyətləri haqqında məlumatlar təqdim olunacaq, e-idman üzrə qlobal turnir keçiriləcək.
Festival biznes təşəbbüslərini və e-idmanı əhatə edəcək. Tədbir çərçivəsində böyük konsert proqramı nəzərdə tutulub.
“GameSummit Baku 2024”, həmçinin iştirakçıların oyunlar, anime, komikslər və geek mədəniyyətinin digər sahələrindən ilhamlanmış kostyumlarını nümayiş etdirə biləcəkləri “cosplay” müsabiqəsinə ev sahibliyi edəcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay